Deputat: "Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən aparıcılar çox azdır"
"Bu gün ölkədə fəaliyyət göstərən televiziya kanallarında peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, xəbərlərin effektinə fikir verilmir:
"Xəbər bizə ya çox soyuq, ya da hay-küylü çatır. Şuralar bədii şuralar kimi işləmir. Yəni, özlərini doğrultmurlar. Bu səbəbdən də yayım şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir".
N.Cəfərov həmçinin vurğulayıb ki, teleserialların keyfiyyətli çəkilməsi çox önəmlidir: "Çünki teleseriallar keyfiyyətli olmadıqca xalqın nitqi də düzəlməyəcək. Teleseriallar qədər xalqa təsir edən sənət növü yoxdur. Azərbaycanda aktyorların əksəriyyəti danışa bilmir. Düzdür, aktyorun görünüşü gözəl olmalıdır, onun yaraşığını da xalqın yaraşığı kimi qəbul edirik. Aktyorun görünüşünün yaxşı olması televiziyanın peşakarlığı deməkdir. Ancaq gərək nitq də peşəkar olsun. Bəzən gözəllik, obraz var, amma nitq kələ-kötürdür. Çünki ən azı 3-4 kitab oxuyub. Hansı kitabları oxuması da bəllidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 782 Tarix: 14 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qarın qalınlığı yol nişanlarını keçdi - VİDEO
Aprel ayının son günlərinə yaxınlaşılmasına baxmayaraq, aralıqlı şəkildə davam edən qar yağışı Türkiyənin bəzi bölgələrində həyatı çətinləşdirməyə davam edir. türk mediasına istinadən xəbər verir ki, xüsusilə Ardahan-Posof avtomobil yolunun 2550 metr yüksəklikdə yerləşən Ilgar Dağı keçidində qar qalınlığını
28 aprelAli Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsini
28 aprelİldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO
Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram
29 aprelSabah hava yağıntılı olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəy
28 aprelQədir Xəlilova yeni vəzifə verildi
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019-2023-cü illərd
28 aprel"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?
Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar
27 aprelCıdır Atçılıq Mərkəzi təmirə bağlanır
Bakıda yerləşən Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, mərkəzin ərazisində yenidənqurma və abadlıq işlərinə start verilib. Aparılacaq işlər çərçivəsində bəzi köhnə anbarların sökülməsi nəzərdə tutulur. Artıq ərazidə bu istiqamətdə hazırlıq və qismən söküntü işlərinin aparıldığın
28 aprel