Şəhid analarından Hüseynin ailəsinə dəstək: "Eyni hissləri yaşayırıq" - FOTO

Şəhid analarından Hüseynin ailəsinə dəstək: "Eyni hissləri yaşayırıq" - FOTO"Həmin kadrları izləyəndə ölüb-dirildim, məhv oldum".

Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundovun amansız işgəncələrə məruz qalmasını əks etdirən görüntülər şəhid ailələrinin də hiddətinə səbəb olub. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman hərbçilərimizin anaları Hüseynin ailəsinə dəstək verərək, onların tək olmadıqlarını, eyni hissləri yaşadıqlarını bildiriblər.

BAKU.WS xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova modern.az-a açıqlamasında deyib ki, Hüseynin internetdə yayılan videosu ona çox pis təsir edib.
Şəhid analarından Hüseynin ailəsinə dəstək: "Eyni hissləri yaşayırıq" - FOTO"Ermənilərin əsgərimizlə o cür rəftar etməsi şəhid anası olaraq mənə pis təsir etdi, düşünürəm ki, övladı şəhid olan bütün analar eyni hissi yaşayıb. Öz övladımın şəhid olması mənə necə təsir edirsə, hər bir ananın balasına zülm olunması da mənə elə təsir edir. Müharibə qələbəmizlə bitsə də, yenə şəhidlərimiz olur, əsgərlərimiz ermənilərə əsir düşür. Nə demək olar? Allah Hüseyn balamızın köməyində olsun, anasına səbir versin", - deyə Səmayə Həşimova vurğulayıb.

Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli Azərbaycan əsgərlərinin ermənilərə əsir düşməsinə məyus olduğunu söyləyib:
Şəhid analarından Hüseynin ailəsinə dəstək: "Eyni hissləri yaşayırıq" - FOTO"O kadrları izləyəndə ölüb-dirildim, ağladım, məhv oldum. Şəhid olmaq ayrıdır, əsir düşmək tamam ayrı. Şəhid olanda bilirsən ki, daha yoxdur, gözün yoldan kəsilir, amma əsir kimi düşmən əlində olmaq və ananın övladının incidildiyini bilməsi çox ağırdır. O ananın halını təsəvvür edə bilirəm. Övladlarımıza biri tərs baxanda adam dəli olur. O ki qaldı onun düşmənin əlində olduğunu biləsən. Bunu düşünmək belə insanı məhv edir. Dəhşətdir, Allah heç kimə göstərməsin. Allah o anaya səbir versin. Eyni şey başıma gəlsəydi, bəlkə də, mənim ürəyim dayanardı. Mən həmişə şükür edirəm ki, oğlum əsir düşmədi, sadəcə şəhid oldu. Ağır dərddir".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1738   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr