"Əsgərlərimiz Ermənistan ərazisinə hərbi missiya ilə keçməyib" - DEPUTAT

"Əsgərlərimiz Ermənistan ərazisinə hərbi missiya ilə keçməyib" - DEPUTAT"Bildiyiniz kimi, əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş əsgərlərimiz Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə bağlı ilk saatlardan aidiyyəti strukturlar tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilib. Yayılan görüntülər və digər informasiyalar əsgərlərin Ermənistan ərazisində saxlanıldığını ehtimal etmək üçün ciddi əsas verirdiyi andan etibarən isə onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub. Bilirsiniz ki, artıq Ermənistan tərəfi də əsgərlərin Ermənistanda saxlanması faktını təsdiqləyib. Hətta, Ermənistan parlamentinin hakim partiyanı təmsil edən üzvləri məsələ ilə bağlı müəyyən açıqlamalar yayıb, Ermənistan prokurorluğu media sorğularında məsələyə münasibət bildirib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, əsgərlərimiz Ermənistan ərazisinə hər hansı hərbi missiya ilə keçməyib. Bunu erməni tərəf də yaxşı bilir ki, hətta müharibə davam etdiyi zaman belə Azərbaycan heç vaxt 18 və 20 yaşlı iki gənc çağırışçını düşmən arxasına göndərməzdi. Yəni əsgərlərin hansısa əməliyyat tədbiri yerinə yetirməsi istisna edilir və onların əlverişsiz hava şəraitində azdığı şübhə doğurmur.

"Bilirsiniz ki, Beynəlxalq Humanitar hüquqla, konkret olaraq 1949-cu il Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, həmçinin Silahlı Qüvvələrdən olan, lakin istənilən səbəbdən əməliyyatlarda iştirakını dayandıranlara istənilən halda insani münasibət göstərilməlidir. Daha dəqiq desək, bu insanların həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s. qəti şəkildə qadağandır. Lakin bu gün yayılan foto və videolarda ermənilər tərəfindən saxlanılan əsgərimizin işgəncə görməsi, onunla qeyri-insani və insan ləyaqətini alçaldan formada davranış aydın formada görünür. Ermənistan tərəfi indiki həssas məqamda belə davranış sərgiləməklə bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik etməklə barəbar vandal mahiyyətini və düşmənçilikdən əl çəkməyəcəyi niyyətini ortaya qoyur. Ermənistan dərhal bu davranışlara son qoyub əsgərlərimizi geri qaytarmalıdır. Bununla İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşmaqla bərabər, həm də Azərbaycanla sülh prosesində özünün niyyətinin səmimiliyini sübut edə bilər. Əsgərlər qaytarılana qədər isə İrəvan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani davranışlara dərhal son qoyulmalı, bu prosesdə adı qeyri-insani davranış və işgəncəyə qarışan hər kəs istisnasız olaraq cəzalandırılmalıdır. Eyni zamanda biz beynəlxalq İnsan haqları təsisatlarına çağırış edərək hər macalda erməni təəssübü çəkdikləri kimi bu dəfə də zəhmət çəkib Azərbaycan əsgərlərinə qarşı işgəncələrin durdurulması, onların Azərbaycana qaytarılmasına səy göstərməlidirlər. Əks halda onların onsuz da ciddi şübhə ilə yanaşdığımız missiyalarına ümumiyyətlə etimad qalmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1206   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr