Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTO

Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTO2020-ci ildə ölkədə tibbi xidmət sahəsində yeni idarəetmə formasına keçilməsi Xaçmazın Xudat şəhər xəstəxanasını ağlar günə qoydu desək, daha doğru olar.

Bizim.Media xəbər verir ki, 2020-ci il yanvarın 1-dən yeni yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təşkil etdiyi "Xaçmaz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin nəzdində Xudat Ailə-Sağlamlıq Mərkəzi yaradılıb.

1948-ci ildən fəaliyyət göstərən 150 çarpayılıq Xudat Şəhər Xəstəxanası fəaliyyətini dayandırıb və tibb müəssisəsi Xudat Ailə-Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.

Ailə-Sağlamlıq Mərkəzində bütün şöbələr bağlandığından yalnız Təcili Tibbi Yardım Şöbəsi fəaliyyət göstərir.

Bu həmin vaxtdan sakinlərin, həm də xəstəxana işçilərinin çoxsaylı narazılığı ilə müşayiət olunur. Xudat xəstəxanasının bağlanması nəinki 18 min 300 nəfər əhalisi olan Xudat şəhər sakinlərinin, hətta həmin istiqamətdə və Nabran-Yalama zonasında yaşayan, ümumilikdə bu xəstəxananın xidmətindən istifadə edən 70 minə yaxın insanın haqlı narazılığına səbəb olub.

Xəstəxananın cərrahiyyə, terapiya, ginekologiya, doğum şöbələrinin bağlanması bu zonada yaşayan əhalini çətin duruma salıb. Sakinlər ağır xəstə və ya hamilə qadın olanda ya Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, ya da Quba, Qusar Rayon Mərkəzi xəstəxanalarına üz tutmalı olurlar. Bu da həm əlavə vaxt, həm də əlavə xərc deməkdir.

Son günlər Xudat Şəhər Xəstəxanasının statusunun bərpa olunması və xəstəxananın əvvəlki kimi fəaliyyət göstərməsi yenidən gündəmə gəlib.

Bu barədə rayon sakinləri icra hakimiyyətinə, Rayon Mərkəzi Xəstəxanasına və yuxarı təşkilatlara müraciətlər edərək məsələyə baxılmasını xahiş ediblər.

Xudat xəstəxanasının yenidən açılması məsələsi son günlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. Xaçmazın sabiq icra başçısı, jurnalist Müqəddəs Mehdiyev sosial şəbəkə vasitəsi ilə problemin həlli ilə bağlı hökumət rəhbərinə müraciət edib.
Müqəddəs Mehdiyev bildirib ki, səhiyyə sisteminə cavabdeh olan orqanlar məsələyə laqeyd yanaşırlar:

"Sakinlər Xudat Şəhər Xəstəxanasının bağlanmasından sonra çox əziyyət çəkirlər. Bu, sakinlərin sağlamlığına çox ciddi ziyan vurur. Mən məsələ ilə bağlı araşdırma aparmışam. Problemin həllinə rayon səviyyəsində nail olmaq mümkün deyil. Ölkənin səhiyyə sisteminə cavabdeh olan 3 qurum - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Xudat camaatının xəstəxana problemindən yaxşı xəbərləri var. Amma bu qurumlar heç bir əməli tədbir görmək istəmirlər".

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin isə məsələ ilə bağlı münasibəti belədir:

"Fevralın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin Zaur Əliyev və TƏBİB sədri Vüqar Qurbanovla Xaçmazda vətəndaş qəbulu keçirəndən sonra müzakirələr apardıq. Xudat Şəhər Xəstəxanasının bərpası və təmir edilməsi ilə bağlı rəsmi olaraq Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib. Tibb müəssisəsinin əsaslı bərpası gözlənilir. Amma konkret tarix bəlli deyil".

Sözügedən problemin həlli ilə bağlı münasibət öyrənmək üçün Xudat şəhərindəki Ailə-Sağlamlıq Mərkəzində olduq.

Mərkəzin direktoru Qədir Hüseynov bildirdi ki, tibb mərkəzi 2020-ci ildən həm təmirə dayanıb, həm də Ailə-Sağlamlıq Mərkəzi kimi fəaliyyətə başlayıb. Tibb müəssisəsinin əsaslı bərpa edilməsinə ciddi ehtiyac olduğu binanın bərbad, təmirsiz görünüşündən də aydın görünür. Mərkəzin bütün işçiləri həm binanın yenilənməsini, həm də xəstəxananın əvvəlki statusunun bərpa olunmasını gözləyirlər.
Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTOXudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTOXudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTOXudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTOXudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTOXudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1710   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr