Çox adamın nitqi özünü qane etmir: Niyə səlis danışa bilmirik? - ARAŞDIRMA

Çox adamın nitqi özünü qane etmir: Niyə səlis danışa bilmirik? - ARAŞDIRMA"Ətrafımızda gözəl, axıcı nitqə sahib olan nə qədər adam var" sualına yəqin ki əksəriyyətimiz "çox az" cavabı verəcəyik. Bəs özümüz necə danışırıq? Bu sualın cavabından gələcəyimiz qənaət də o olacaq ki, çox adamın nitqi özünü qane etmir. Ancaq hər kəs gözəl danışmaq istəyir.

İstəkdən də əlavə, bu, bir çox iş elanlarında tələb olaraq da qarşımıza çıxır: "Aydın və səlis nitqə sahib olmalı". İş elanında belə bir qeyd yazılmasa belə, bu, seçim zamanı fikir verilən nüans olur.

Türkiyə, Rusiya təcrübəsinə baxsaq, bu ölkələrdə yaşayan insanların uşaqlarının da nitqi gözəldir, böyüklərinin də.

Bəs niyə biz məktəb, universitet dövrü keçirik, iş həyatına atılırıq, amma səlis nitqə sahib deyilik?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nitq təlimçisi Cəlalə Nəzəroğlu deyir ki, uşaqların gözəl nitqə sahib olmamasına səbəb böyüklərin özündə bu bacarığın olmamasıdır:

"Harada yaşamasından asılı olmayaraq, uşaqların duyma, qavrama, onu nitqində, davranışlarında göstərmək bacarıqları demək olar ki eynidir. Əqli qüsuru yoxdursa, bütün uşaqlar gördüklərini, eşitdiklərini rahat formada təqlid edə bilirlər. Azərbaycanda uşaqların yaxşı danışmamasının səbəbi gözünü açdığı, qulağının eşitdiyi mühitdir. Türklərin, rusların uşaqları ona görə gözəl danışır ki, böyüklərinin nitqi səlisdir. Eyni zamanda, uşaqlara hələ bağça yaşlarından düzgün danışmağı öyrədirlər. Səhnəciklərlə, hərəkətlə danışırlar. Yəni danışığın təməli möhkəm qoyulur".

C.Nəzəroğlunun sözlərinə görə, evdəki mühitlə yanaşı, bağça və məktəb də uşaqların nitqinə böyük təsir göstərir:

"Elə uşaq var ki, valideynlərinin nitqi gözəldir, evdə bunu öyrənir. Amma məktəbə, bağçaya gedir, müəllimi ləhcə ilə danışır, yaxud hansısa hərfi qüsurlu tələffüz edir. Təbii ki, bu da uşağın dilinə düşür. Əgər mühitdən uzaqlaşırsa, valideynləri kimi danışır. Amma o mühitdə çox qalırsa, necə deyərlər, dilinə yapışır. Nitqimizin gözəl olması üçün müəllimlərimiz də yaxşı danışmalıdır".

Təlimçi bildirdi ki, nitqin gözəl olmasının iş həyatında yaratdığı fərqi bəzən insan özü də hiss etmir:

"Kim olursan ol, harada, hansı vəzifəni icra edirsən et, yaxşı danışmalısan. Pinəçi, dərzi, astroloq, aktyor və s. olmağının fərqi yoxdur. Cəmiyyətdə yaşayırsan, duyğularını, düşüncələrini, reaksiyalarını ancaq danışaraq, ünsiyyət quraraq təmin edəcəksən. Əks halda səni nə görəcəklər, nə də eşidəcəklər. Məsələn, həm orta, həm ali məktəbdə yaxşı oxumuş insan iş yerində başa düşür ki, nəsə problem var. Necə olur ki, ən yaxşı layihəni mən hazırladığım halda, iş yoldaşımı alqışlayırlar, mən kənarda dururam? Çünki onlar var olan bacarıqlarını gözəl danışıqları ilə daha da cəlbedici təqdim edirlər, qabiliyyətlərini satmağı bacarırlar".

Mütəxəssis bildirir ki, kiçik yaşlarda uşaqları idman, rəqs, rəsm kimi kurslara apardığımız kimi, onların nitqi haqqında da düşünməliyik:

"Azərbaycanda valideynlər övladları üçün əlindən gələni edirlər. Onları müxtəlif kurslara yazdırırlar. Bunların hamısı yaxşıdır. Amma valideyn birinci yerə uşağın nitqini qoymalıdır. Bütün fənləri öyrənir, savadlı olur. Bəs bu savadını necə çatdıracaq? Belə nümunələr var ki, adamın təhsili yaxşıdır, xarici dil biliyi var, amma iş müsahibələrindən keçə bilmir. Çünki iş görüşündə özünü təqdim etmədə problem yaşayır".

C.Nəzəroğlu qeyd etdi ki, uşaqlıqda bu bacarıq bizə aşılanmayıbsa, hər yaşda üzərində işləyərək, bu bacarığı özümüzdə formalaşdıra bilərik:

"İnsan hər yaşda hər şeyi öyrənə bilər. Biz çox bacarıqlı varlıqlarıq. Yeni vərdişlər əldə edə bilirik. Xarici dil öyrənə biliriksə, öz doğma dilimizi təkmilləşdirmək daha rahatdır. Var olanı cilalayırıq. Hər gün mütaliə etmək, oxuduğumuzun müəyyən qismini danışmaq, nitqinə güvəndiyimiz adamları dinləyib təqlid etmək, düzgün tələffüz qaydalarını öyrənmək lazımdır".

Psixoloq Gülarə Rüstəmova da bildirdi ki, uşağın danışıq təməlinin yaxşı qoyulması üçün anasının nitqi gözəl olmalıdır:

"Dilin inkişafına ən önəmli faktorlardan biri anadır. "Ana dili" yanaşması boşuna yaranmayıb. Ana necə danışır? Uşaqla hansı cümlələrlə ünsiyyət qurur? Hansı kitabları oxuyur? Bunlar çox önəmlidir. 3 yaşına qədər uşaqla ünsiyyət quran anadır. Sonra bağçaya qoyulur. Oradakı tərbiyəçilərin çoxunun nitqi yaxşı deyil. Məktəbə gedəndə müəllimlərin danışığı təsir göstərir. Uşağın öyrəndiyi adamların gözəl nitqi olmalıdır ki, o da gözəl olanı görüb götürsün".

G.Rüstəmovanın sözlərinə görə, danışıq təməlinin gözəl qoyulması üçün Azərbaycanın öz təcrübəsi olub:

"Məsələn, ruslar uşaq dil açmadan onunla danışmağa başlayırlar. Bunun böyük rolu var. Əslində, bizim mədəniyyətdə də uşaqlarla elə anadan olan vaxtdan danışmaq təcrübəsi olub. Uşağa laylalar oxunub, bayatılar deyilib. Sadəcə olaraq, bu, artıq unudulub. Nə qədər ana layla bilir? Uşaq bir neçə aylıq olandan artıq valideyn onunla danışmağa başlamalıdır. Şeirlər, tapmacalar, atalar sözləri, hekayələr, qısa nağıllarla uşağın danışığı üzərində işləməlidir. Bağça, məktəb dövründə də müəllimlərin rolu önəmli olur".

G.Rüstəmova qeyd etdi ki, uşaqların nitqinin gözəl olması üçün onlara kitab oxumağı aşılamalıyıq:

"Bir çox ana 5-6 ayından sonra uşaqların başını telefonla qatmağa başlayır. Uşaqlar telefonda nə izləsələr, onu mənimsəyirlər. Təbii ki, izlədikləri bəzən öz dilində olmur, yaxud öz dilində olur, amma gözəl nitq deyil. Uşaqda telefon deyil, kitab alışqanlığı yaradılmalıdır. Ruslar uşağın kitab oxumasına çox önəm veriblər. Nəticəsi də danışıqlarında görünür. Azərbaycanda övladlarına kitab oxuyan valideyn az olur. Valideyn kitab oxumalıdır, uşaq da bunu görməli, onda həvəs, istək yaranmalıdır. Məktəbdə də müəllim uşaqlara ədəbiyyatı, kitabları sevdirməlidir ki, oxusun, dili inkişaf etsin. Oxumaq nitqi formalaşdırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1398   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr