Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" qanunun tətbiq edilməsi barədə" 28 sentyabr 1998-ci il tarixli, "Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında" 22 dekabr 2017-ci il tarixli və "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 16 iyul 2018-ci il tarixli fərmanlarında dəyişiklik edib.
President.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Fövqəladə hallar Nazirliyinə qaz qurğularına və yaxud qazla bağlı fəaliyyətə nəzarət etmək səlahiyyəti verilib. İndiyə qədər həmin səlahiyyət yalnız Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məxsus idi.
Bununla da, hər iki mərkəzi icra hakimiyyəti orqanı qaz qurğularının və yaxud qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb