Cavanşir Paşazadə: "Dini Komitənin tapşırığına zidd fətva verənlər varsa, tənbeh edilməlidirlər"
Bu il Ramazan bayramını Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinin əksəriyyəti aprelin 21-də qeyd etdi, məscidlərdə bayram namazları qılınıb. Lakin ənənəvi olaraq bu il də insanlar arasına ixtilaf salanlar tapılıblar. Bayramın tarixi bir yana, bayram günü oruc tutmaq məsələsi də müzakirə yaradıb.
Bir çox İslam alimlərinin rəyinə görə, dinimizdə bayram günü oruc tutmaq haramdır, bayram günü müsəlmanlar yeyib-içməli, bayram namazından sonra şən ovqatda bir-biriləri ilə bayramlaşmalıdırlar. Lakin ölkə daxilində "bayram günləri günortaya qədər oruc tutmaq lazımdır" kimi fətvalar verənlər də az olmayıb. Aidiyyəti qurumların isə bu məsələ ilə bağlı mövqe bildirməməsi Azərbaycan ictimaiyyətində müzakirəyə səbəb olub. Dindar kəsim Qafqaz Müsəlmanları İdarəsindən, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı daha sərt mövqe və qərarlar gözləsə də, bu, baş tutmayıb. Tələb edilir ki, dövlətin, Qafqaz Müsəlmanları İdarəsinin qərar və fətvasına qarşı çıxaraq Ramazan bayramının aprelin 22-də olduğunu israrla bildirən məscid imamları ilə bağlı çox sərt qərarlar qəbul edilməli, onların məscidlərimizdəki dini fəaliyyətlərinə son qoyulmalıdır.
Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib ki, məscid imamları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tabedirlər və komitədən aldıqları tapşırıqları həyata keçirməlidirlər.
"Komitənin tapşırığına zidd fətva verənlər varsa, təbii ki, tənbeh edilməlidirlər. Onlar fikirlərini dəqiq bildirməlidirlər. Doğrudan da, Azərbaycanın apardığı siyasətə qarşı əks təbliğat aparırlarsa, cəzalandırılmalıdırlar. Bu dövlətdə yaşayırlarsa, onun siyasətini dəstəkləməli, xalqla bir yerdə olmalıdırlar. Məsələ həllini tapmalıdır. Əlbəttə, hər kəs dini baxışında sərbəstdir, öz fikri var. Lakin məsələyə siyasəti qarışdırdıqları üçün biz fikir bildiririk".
C.Paşazadə bayram gününün tarixi ilə bağlı ixtilaf yaradılmasına isə belə cavab verib:
"Dövlətin rəsmi elan etdiyi tarixdə ölkəmizdə insanların bəziləri bayram etmədi. Təbii ki, bu məsələdə İran faktoru da var. Bəziləri əgər İranda bayram deyilsə, o zaman biz də qeyd etməməliyik deyə düşünürlər. Ayın görünməməsi ilə bağlı müəyyən qədər başqalarına da təsir göstərənlər, öz fikirlərini həyata keçirmək istəyənlər də olur. Lakin aprelin 21-ni 80-90 faiz insan bayram etdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 981 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr