Humanitar Kollecdən çıxarılan 67 müəllimdən daha birinin xeyrinə qərar verildi

Humanitar Kollecdən çıxarılan 67 müəllimdən daha birinin xeyrinə qərar verildiAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. Çıxarılan müəllimlər 2 ilə yaxındır nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar.

Xatırladaq ki, 2021-ci il noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Humanitar Kollecin bir qrup müəlliminin işinə rəsmi xitam verilib. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli, 21-i orta ixtisas təhsilli müəllimlər, 5-i isə şöbə müdirləridir. 67 müəllimin 2-si faktiki olaraq bülletendə olduğu halda işdən çıxarılıb.

Lakin Əmək Məcəlləsinin 79-cu maddəsinə görə bu, qəti qadağandır. Müvəqqəti əmək qabiliyyətini itirdiyi vaxt işçi işdən çıxarıla bilməz. Kollec ekspertiza təyin edib və sübut olunub ki, həqiqətən də o müəllimlər bülletendə olublar.

Humanitar Kollecin rəhbərliyi işdən çıxarılmaların səbəbi kimi ixtisar və ştat azlığını əsas gətirib.

Halbuki ixtisardan sonra həmin kolleci yeni bitirən təcrübəsiz şəxslər işə götürülüblər. Humanitar Kollecin sədr müavini Kamran Məsimov ixtisardan sonra bacısı Xəyalə İdrisovaya kollecdə həm tyutor, həm də müəllim kimi yer verib. Bununla yanaşı Qarmon ştatının ləğvi yazılmış 2 müəllim - Xaqani Səməd və Ramil Nağıyevin əvəzinə Xəyal və Rəfail adlı müəllimlər işə götürülüblər.

Binəqədi Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində haqsız yerə işdən çıxarıldıqlarını iddia edən 14 nəfərin məhkəmə prosesi keçirilib. Onların 3-ü birinci instansiyada məhkəmədən uzaqlaşıb. Digərlərinin işi bu günə qədər davam edir.

Qeyd edək ki, Binəqədi və Apellyasiya məhkəmələri 67 müəllimin ixtisara salınması barədə protokol tərtib edən 7 nəfərin addımını da qanunsuz hesab edib.

İşdən çıxarılan müəllimlər Bizim.media-ya davam edən məhkəmə prosesi ilə bağlı yeni məlumatları açıqlayıblar. Onların dediklərinə görə, Binəqədi Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi 11 nəfərin xeyrinə, müəllimlərin işə bərpa olunmaları barədə qətnamə çıxarsa da, qarşı tərəf yenidən iddia qaldırıb. Beləliklə proses Ali Məhkəmədə davam edib.

Yanvarın 30-da qarmon müəllimləri Xaqani Səməd, Ramil Nağıyev, şöbə müdiri, metodist Xaləddin İsayev, müəllimlər Nadirə Əsgərova, Səidə Babayeva və Əfsanə Əhmədovanın (himayəsində yetkinlik yaşına çatmayan əlil övladı var) işi Ali Məhkəmədən yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.

Yalnız bülletendə olduğu vaxt işdən çıxarılan Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədovanın işi ilə bağlı müsbət qərar verilib.
Xaqani Səmədin sözlərinə görə, işdən çıxarılan müəllimlər arasında iki nəfər işi udub, bir nəfər artıq işə çıxır. Digər bir nəfər - Xəyalə Əhmədova barəsində hələlik çıxarış verilib və təxminən ay yarım sonra işinə qayıdacaq. Daha bir nəfər isə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Xaqani Səməd Binəqədi və Apellyasiya məhkəmələrinin hakimlərinin işə obyektiv yanaşmalarının şahidi olduğunu deyib:

"Budəfəki məhkəmə proseslərində iştirak edən qarşı tərəfin hüquqi nümayəndəsi də çox rahat şəkildə və əminliklə işi udacağını ifadə edir. Ali Məhkəmə yazılı təyin olunub və bizim iştirakımız nəzərdə tutulmayıb. Problemin kökündə duran isə Ali Məhkəmənin hakimi Vüqar Həsənovdur. Nə hikmətdirsə, Ali Məhkəmənin o qədər hakimləri ola-ola işlərimiz məhz Vüqar Həsənova göndərilir, o isə işi Apellyasiya Məhkəməsinə qaytarır. İki nəfər artıq işi uduzub.

Bilirsiniz ki, qarşı tərəf Zakir Qaralovun qohumudur. Bizə verilən qətnamələrdə elə şeylər yazılıb ki, heç işin içində elə hallar yoxdur. Ali Məhkəmə hakiminin Apellyasiya Məhkəməsinin verdiyi qərarı geri qaytarması hamımız üçün qaranlıq qalıb".

Şikayətçi onu da əlavə edib ki, iş Ali Məhkəmədən Apellyasiya Məhkəməsinə qaytarılandan sonra cəmi bir proses keçirilib.

Mayın 4-də Apellyasiya Məhkəməsində növbəti proses keçiriləcək və 6 nəfərin işinə baxılacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr