Ermənistan yeni müharibəyə hazırlaşır? - VİDEO
"Bir yandan Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən bəhs edir, o, Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayır, sülh müqaviləsini imzalamağa hazır olduğunun fonunu yaradır, amma bir yandan da onun sifarişilə Azərbaycana qarşı təxribatçı davranışlar daha da artmaqdadır".
Bunu Milli Məclisin deputatı Elman Nəsirov aprelin 22-də Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilməsinə münasibət bildirərkən deyib.
O bildirib: "Ermənistan sülhdən bəhs edirsə, sülh danışıqlarına getməkdən bəhs edirsə, sülh müqaviləsini imzalamaqda maraqlı olduğunun fonunu yaradırsa, o zaman bu nə prosesdir, bu nə müharibəyə hazırlıqdır?".
Politoloq Tural İsmayılovun sözlərinə görə isə, Rusiya sülhməramlıları öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: "2020-ci ildə imzalanmış 10 noyabr bəyanatından bu qədər müddət keçməsinə baxmayaraq, Ermənistana qarşı real, praktiki və ciddi təzyiqlərin edilməməsi nəticədə bu hadisələrin baş verməyinə, Cənubi Qafqazda gərginliyin qalmağına və hər zaman müharibə ab-havasının öndə olmağına səbəb olur".
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb