"Azərbaycanın Laçında sərhəd−nəzarət məntəqəsi qurması ölkəmizin suverenliyinin növbəti təsdiqidir" - DEPUTAT
Xəbər verdiyimiz kimi aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılıb:
"Təəssüf ki, üçtərəfli Bəyanatın imzalanmasından 2 ildən çox vaxt keçsə də nə Rusiya sülhməramlıları və Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmir. Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də hər iki tərəf təxribatlarını davam etdirdi. Qarabağda Ermənistan tərəfinin təxribatlarının qarşını almaq üçün də Azərbaycan tərəfindən Laçında sərhəd−nəzarət məntəqəsi quruldu. Bilirsiniz ki, Laçında sərhəd−nəzarət məntəqəsi qurulandan sonra ermənilər növbəti vəhşiliyə əl ataraq Azərbaycan-Türkiyə bayraqlarını yandırdılar. Ermənilərin bu vəhşiliyi bir daha Laçında sərhəd−nəzarət məntəqəsi qurulmasının necə doğru bir qərar olduğunu sübut etdi".
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman imzalanan bütün razılaşmaların şərtlərinə əməl edib:
"Təəssüf ki, bunu Ermənistana aid etmək olmur. 30 il ərzində Ermənistan əldə edilən bütün razılaşmaları və atəşkəsi pozaraq müxtəlif təxribatlara əl atıb. Laçında sərhəd−nəzarət məntəqəsi qurulması Qarabağdakı erməni terrorçularının sayının artmasına və silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını alacaq. Ən önəmlisi isə Laçında sərhəd−nəzarət məntəqəsi qurulması ölkəmizin suverenliyinin növbəti təsdiqidir. Sərhəd−nəzarət məntəqəsi qurulduqdan sonra sonrakı mərhələdə Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Bu proses nə qədər tez başlayarsa Qarabağda erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Hesab edirəm ki, Rusiya sülhməramlıları bu prosesə maneə olmamalı, bölgədə sabitliyin qorunmasına xidmət etməlidir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1513 Tarix: 24 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr