"Ermənilər İrəvanın mərkəzində bayraqlarımızı yandırmaqla cılızlıqlarını nümayiş etdirdilər" - DEPUTAT
"Ermənistanla sərhəddə, Həkəri çayının üzərində Dövlət sərhəd xidmətinin nəzarət-buraxılış postunun quraşdırılması tarixi hadisədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Mən bu gözəl, əlamətdar gün münasibətilə xalqımızı təbrik edirəm".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat vurğulayıb ki, postun qoyulması, Ermənistandan Qarabağa və yaxud əks istiqamətdə daşınan qanunsuz yüklərin qarşısının alınması deməkdir:
"Eyni zamanda, separatçıların yenidən silahlanmasına, təşkilatlanmasına, Qarabağa aidiyyəti olmayan ermənilərin, üçüncü ölkə vətəndaşlarının Azərbaycan dövlətinin razılığı olmadan keçidinə imkan verilməyəcəkdir. Digər tərəfdən, hesab edirəm ki, sülh danışıqlarını sürətləndirəcək, Ermənistanı mövcud reallıqlarla barışmağa sövq edəcəkdir. Bu günlərdə cənab Prezident Azərbaycan televiziyasına verdiyi müsahibədə tam açıqlığı ilə, növbəti dəfə ermənilərə xəbərdarlığında, onların iki yolu olduğunu bildirdi. "Ya, Azərbaycan qanunlarına tabe olmaqla vətəndaşlığı qəbul edəcəksən, ya da ki, çıxıb gedəcəksən". Üçüncü yol yoxdur.
Deputat vurğulayıb ki, demək olmaz, ki, Azərbaycanın bu addımı hamı tərəfindən razılıqla qarşılanır:
"Təbii, bir çox dairələrdən ölkəmizi qınayanlar olacaq. Ələlxüsus, ənənəvi ermənipərəst qüvvələr həmişə olduğu kimi, can-fəşanlıq edəcək, separatçılar, etnik təmizləmə, ağlaşması quracaqlar. Onlar, başa düşüləndi. Ancaq, özlərini müxalifət adlandıranların mövqeyini anlamaq çətindir. İstənilən təzyiqlərə, çağırışlara baxmayaraq, biz öz yolumuzdan çəkilən deyilik. Addım-addım tarixən itirilmiş ərazilərimizə sahib çıxırıq və beynəlxalq hüquq da bizim tərəfimizdədir. 30 illik işğal dövrü, uzun-uzadı aparılan mənasız danışıqlar göstərdi ki, güc olmayan yerdə beynəlxalq hüququn normaları işləmir. Həm güclüyük, həm də hüquq, ədalət bizim tərəfimizdədir.
Bir məsələni də qeyd etmək yerinə düşər. Hər il, aprel ayının 24-ü dünya erməniliyi saxta qenosidi qeyd edir. Türkiyə və Azərbaycan bayraqlarını yandırır, müxtəlif siyasi şoular, tamaşalar göstərir, ağlaşırlar. Dünən də, İrəvanın mərkəzində bayraqlarımızı yandırmaqla cılızlıqlarını nümayiş etdirdilər. Bu onların kültürüdür. Bizim cavabımız isə, bayrağımızın dövlət sərhəddində fəaliyyətə başlayan postun üzərində qaldırmağımız oldu, hər zaman belə olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 24 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr