QHT-lər Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı bəyanat yayıblar

QHT-lər Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı bəyanat yayıblarQeyri-hökumət təşkilatları Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində bir araya gələrək ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat yayıblar.

Bəyanatda deyilir:

"2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdən aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildən BAMF-də çalışıb. 20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynəlxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv fəaliyyət göstərən BAMF-nin İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib və son istifadəçiyə təhvil verib.

Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işğal dövründə Azərbaycan əraziləri başdan-başa minalanıb və ciddi şəkildə çirkləndirilib. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünməz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə ehtiyac var.
Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmayıb və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəinki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbəiçi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru, demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.

Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 Noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində üç mina insidenti baş verib ki, nəticədə beş nəfər mina qurbanına çevrilib.

Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökumətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azərbaycanın mina probleminə biganə qalmamağa və onun həllinə öz dəstəyini göstərməyə çağırır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1119   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr