Ceyhun Bayramov fransalı nazirə cavab verdi
"Fransalı həmkarım xanım Ketrin Kolonna mətbuat konfransında Azərbaycana birtərəfli çağırış etdi. O, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad etdi".
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycan öz Konstitusiyası ilə müəyyən edilən suveren hüquqlarından istifadə edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəlincə, orada Laçın yolu üzrə yük, sərnişin və humanitar daşınma məqsədləri qeyd olunur", - deyə nazir əlavə edib.
K.Kolonna da bir daha məsələyə münasibət bildirib.
"Cənab nazir, mən Fransanın mövqeyini çatdırıram. Regionda sülhü irəliyə aparmaq lazımdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarları beynəlxalq hüququn tərkib hissəsidir. Azərbaycan da, Fransa da beynəlxalq hüquqa hörmət edirlər", - deyə fransalı nazir bildirib.
Qeyd edək ki, Ketrin Kolonna mətbuat konfransında Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmasına etiraz səsləndirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb