ABŞ səfirliyi Tərtərdəki mina partlayışı ilə bağlı başsağlığı verib
"ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır".
Bu barədə "Report"a ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.
"Aprelin 28-də mina partlaması nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən üç nəfərin, habelə mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq.
Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır", - deyə səfirliyin sözçüsü bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb