Bu ölkə Türkiyə qarşısında GERİ ADDIM ATDI - Mühüm AÇIQLAMA
İsveçin xarici işlər naziri Tobias Billström terror təşkilatı PKK/YPG ilə mübarizədə Türkiyə qarşısında öhdəliklərinin olduğunu bildirib.
O, bu barədə "Dahens Nyheter" nəşrinə müsahibəsində deyib.
İsveçli nazir terror təşkilatı PKK-nın İsveçdə daha əvvəl bilinməyən geniş fəaliyyətləri olduğunu bildirib:
"Türkiyənin İsveçi NATO üzvü kimi görmək istəməməsinin səbəbi budur. Bu problemi həll etmək üçün Türkiyə qarşısında öhdəliklərimiz var".
Billström İsveçdə iyunun 1-də qüvvəyə minəcək yeni terror cəza məcəlləsi ilə Türkiyənin tərəddüdlərinin azalacağını qeyd edib:
"PKK-nın ərazimizdəki fəaliyyəti çox genişdir. Türkiyəyə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi üçün hərtərəfli iş gedir. Həmçinin torpaqlarımız narkotik ticarəti və İsveç cəmiyyətinə zərər verən müxtəlif yollarla pul toplamaq üçün baza kimi istifadə edilir. Başqa ölkədə terror üçün istifadə edilməsi o demək deyil ki, biz bu fəaliyyətlərə qeyri-ciddi yanaşmalıyıq".
Qeyd edək ki, İsveçdə terror təşkilatlarına üzvlüyün cinayət hesab edilməsini nəzərdə tutan qanun layihəsi çərçivəsində terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslər 4 ilə qədər həbs cəzası alır. Sözügedən qanun layihəsinə görə, terror təşkilatını dəstəkləmək və ya təşviq etmək məqsədilə fəaliyyətdə iştirak edən şəxslərə maksimum 4 il həbs cəzası verilə bilər. Silah, sursat, yanıcı və partlayıcı maddələr, nəqliyyat dəstəyi, torpaq və əmlakın terror təşkilatına icarəyə verilməsi kimi cinayətlərdə iştirak edənlər də 4 ilə qədər həbsə məhkum edilə bilər.
Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra İsveç polisinin Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Ankaranın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin: "Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin".
Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA