Kılıçdaroğlu bilmədən etiraf etdi – "Bu, "uduzduq" açıqlamasıdır"
"Kamal Kılıçdaroğlu seçkilərdə uduzacaqlarını bəri başdan etiraf edib".
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili namizədi Cüneyt Yüksəl deyib.
Siyasətçi müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı "üçüncü dönəm" iddiasına belə cavab verib:
"Ali Seçki Komissiyası üç dönəm müzakirəsinə son qoydu. Ali Seçki Komissiyasının qararına qarşı heç bir şikayət prosesi yoxdur. Yekun qərardır. Bəziləri "bunları seçkidə gündəmə gətirməyəcəyik" desələr də, dönə-dönə gündəmə gətirdilər. Prezident idarəetmə sisteminin ilk seçkisi 2018-ci ildə keçirilib. İkinci seçki 2023-cü il mayın 14-də baş tutacaq. Ona görə də Konstitusiyamıza uyğundur. Amma ola bilsin ki, kimlərsə seçkilərdən sonra qeyri-demokratik ünsürləri hərəkətə gətirmək üçün hazırlıq görür.
Nəhayət, Kılıçdaroğlunun "Ali Seçki Komissiyasına güvənmirik" sözləri "Seçkiləri uduzuruq, uduzduq" deməkdir. Amma bütün bu konstitusional qurumlar bizim üçün çox önəmlidir".
Yüksəl müxalifətin "Yeddilik" blokunun ABŞ tərəfindən Prezident Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəstəkləndiyini söyləyib:
"Xatırlayın, Bayden prezident seçilməzdən əvvəl verdiyi açıqlamada "Tayyib Ərdoğanı devirə bilmədik, ancaq müxalifəti dəstəkləyərək bunu edəcəyik" demişdi. Bundan dərhal sonra "Altılıq Masası"nın qurulduğunu görürük".
Siyasətçi Prezident Ərdoğanın xalqın böyük əksəriyyətinin səsi ilə yenidən seçiləcəyini vurğulayıb.
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2706 Tarix: 30 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio: Rusiya və Ukrayna strateji dalandadır
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej
8 oktyabrMirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər
9 oktyabrRusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri
8 oktyabrLukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı
9 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabr