"Nüvə müharibəsinə hazırlıq gedir?.."

"Nüvə müharibəsinə hazırlıq gedir?.."ABŞ Ukraynaya atom silahının tətbiq edilməsindən yaranan radiasiyanı qeydə alan avadanlıq verib

"Bu sensorlar nüvə partlayışının yerini, gücünü və nəticələrini müəyyən etmək qabiliyyətinə malikdir..."

"Bunlar həm də Rusiyanı Ukraynada atom silahını gizli olaraq tətbiq etmək, Kiyevi və ya Qərb ölkələrini bunda ittiham etmək imkanından məhrum edəcək..."

Rusiyanın rəsmi şəxslərinin atom silahının tətbiqi ilə təhdid etdiyi bir zamanda ABŞ Ukraynaya nüvə partlayışlarını müəyyən edən avadanlıq verib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsinə istinadən "The New York Times" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Kiyev nüvə silahı və ya çirkli bombadan yaranan radiasiyanı qeydə almaq və hücumu törədəni identifikasıya etmək qabiliyyətinə malik olan sensorlar əldə edib.

Bu avadanlıq Rusiya rəhbərliyinin hər halda atom bombasını tətbiq etməyə qərar verəcəyi halda Rusiyanın günahını sübut etməyə imkan verəcək.

Güman edilir ki, sensorlar şəbəkəsi "bütün region boyunca" yerləşdiriləcək.

İddia edilir ki, onlar "nüvə partlayışının yerini, gücünü və nəticələrini müəyyən etmək" qabiliyyətinə malikdir.

Hal-hazırda amerikalı mütəxəssislər bu radiasiya sensorlarının montaj edilməsinə cəlb edilib, onlar həmçinin ukraynalı həmkarlarını bu avadanlıqla işləməyi öyrədir.

Son bir il ərzində Rusiya rəhbərliyi, o cümlədən Vladimir Putin dəfələrlə atom silahından istifadə edəcəyi ilə təhdid edib.

"Böyük yeddilik" ölkə liderləri Ukraynanın əkshücuma başlayacağından sonra Rusiyanın nüvə şantajının güclənməsini gözləyir.

Təhdidlərlə yanaşı, Kreml ittihamedici ritorikadan da istifadə edib. Rusiya nümayəndələri dəfələrlə bəyan edib ki, Ukrayna nüvə silahının tətbiq edilməsilə təxribatlar hazırlayır.

ABŞ-ın verdiyi radiasiya sensorları Rusiyanı gizli olaraq Ukraynada atom silahını tətbiq etmək və Kiyevi və ya Qərb ölkələrini bunda ittiham etmək imkanından məhrum edəcək.

Əgər Ukraynada nüvə fəlakəti baş verərsə, alimlərin təhlili tez bir zamanda ABŞ hökumət orqanlarına təqdim ediləcək", - amerikalı ekspertlər bəyan edib.

Moderator.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1551   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Kreml müharibədə dalana dirəndiyini etiraf etdi? Moskva ABŞ-ın mövqeyi ilə razılaşdı

Rusiya-Ukrayna müharibəsində diplomatik həll perspektivləri ilə bağlı yeni açıqlama verilib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Marko Rubionun müharibənin strateji dalana dirəndiyi barədə qiymətləndirməsi ilə razılaşdıqlarını bildirib. Reuters-ə istinadən xəbər verir ki, Peskov oktyabrı

9 oktyabr
.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

9 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr