Prezident İlham Əliyev "Boeing" şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da "Boeing" şirkətinin icraçı vitse-prezidenti, "Boeing Commercial Airplanes" şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə "Boeing" şirkəti arasında 8 ədəd müasir "Boeing 787 Dreamliner" təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirildi. Azərbaycan ilə "Boeing" şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olundu, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edildi.
Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulandı, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə "Formula-1" yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkəmizə xeyli sayda turistin gəlməsinin önəmi vurğulandı. Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da "Boeing" şirkətinin icraçı vitse-prezidenti, "Boeing Commercial Airplanes" şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb