Rusiya Azərbaycan və Ermənistan arasında danışıqların Amerika vasitəsilə keçirilməsindən narahatdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında ABŞ-da keçirilən xarici işlər nazirləri danışıqlarını şərh etməkdən imtina edib, çünki bu danışıqlar Rusiyanın iştirakı olmadan aparılır.
Sonxeber.az xəbər verir ki, Zaxarova mətbuat üçün keçirdiyi brifinqdə tərəflərin açıqlamaları olanda Moskvanın öz fikrini bildirəcəyini deyib.
O, üçtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb.
"Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların bütün şərtlərinin yerinə yetirilməsinə sadiq qalırıq" ,- deyə Zaxarova qeyd edib.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Rusiyada planlaşdırılan görüşün perspektivlərinə gəlincə, Zaxarova qeyd edib ki, həm Yerevan, həm də Bakı belə görüşə hazır olduqlarını bildiriblər.
"Vaxt barədə sonra məlumat verəcəyik", - deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan arasında sülh prosesində Rusiyanın vasitəçiliyinin azalmasını istədiyini bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb