Şuşadan Ermənistana göndərilən xəbərdarlıqlar

Şuşadan Ermənistana göndərilən xəbərdarlıqlarMay ayının 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən açıqlamalar verdi. Prezident İlham Əliyev çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam şəkildə ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı.
Dövlətimizin başçısı xüsusilə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə toxundu, rəsmi Bakının prinsipial mövqeyini lazımi ünvanlara çatdırdı. Ermənistan hələ də danışıqlar masasında qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Beynəlxalq dairələr, sülh prosesinə töhfə verməyə çalışan ölkələr təcili olaraq Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki əgər vasitəçilik missiyası ilə çıxış edən tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində həqiqətən də maraqlıdırlarsa, bu zaman Ermənistanı sülhə məcbur etməlidirlər. Ermənistan rəhbərliyi sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcəkdir.
Öz çıxışında Prezident İlham Əliyevin xüsusilə bildirib ki, "əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq". Cənubi Qafqazda davamlı sülh olmadan regional sabitlikdən danışmaq mümkün deyil. Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Lakin bunun üçün müəyyən şərtlərin mövcud olmasını, o cümlədən keyfiyyət məsələlərinin həll olunması yollarına dair kifayət qədər aydın olan açıqlamalar verdi. Məhz buna görə də Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistanın mövqeyi onun çətin dalana dirənməsi ilə nəticələnəcək. Çünki istər hərbi, istərsə də siyasi tərəfdən Azərbaycan ondan qat-qat güclüdür. Fakt odur ki, Ermənistan 44 günlük acı məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilməyib. Azərbaycan isə hərbi və siyasi cəhətdən istədiyinə nail olub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi, yenə də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək
Şuşa konfransı Azərbaycanın həm regional problemlərin həllində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq bir daha baxımından mühüm platforma oldu. Bu tədbir, həmçinin Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1154   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun