Qarabağdan Bakıya 9 günə varid olan rus general - Zakir Həsənov Lentsova nə dedi?

Qarabağdan Bakıya 9 günə varid olan rus general - Zakir Həsənov Lentsova nə dedi?Hərbi ekspertdən xəbərdarlıq: "Erməni separatçılar tezliklə təxribatlar törətsə, arxasında sülhməramlıların dayandığına şübhə olmasın..."

Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Müdafiə Nazirliyinin yaydığı qısa məlumatda bildirilir ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Xatırladaq ki, Lentsov yeni təyinatla Qarabağa aprelin 25-də gəlib. Gələn kimi də öncə separatçıbaşı Araik Arutunytanla onun "qərargahında" görüşüb, sonra İrəvana gedərək Ermənistan müdafiə naziri Suren Papikyanla bir araya gəlib. Nikol Paşinyanın qəbulunda olub. İrəvandan qayıtdıqdan sonra yenə Araiklə görüşüb - bu dəfə kontingentin Xocalıdakı qərargahında.

Detallar açıqlanmasa da, şübhə yox ki, Bakıda onun qaldırdığı əsas məsələ Ermənistanla sərhəddə qoyduğumuz Laçın nəzarət-yoxlama postu ilə bağlı olub. Çünki Rusiya üçün bu bir imic və ermənilər qarşısında etibar məsələsidir. Azərbaycanın isə post problemi yoxdur. Çünki söhbət suveren ərazimizdə qurulan legitim məntəqədən gedir. Etibara qalınca yaxşı olar ki, cənab Lentsov Putinin imzası duran 10 noyabr sənədinin 4-cü bəndini reallaşmasının qeydinə qalsın. Çünki Qarabağda hələ də 10 min qanunsuz silahlı-terrorçu var. Şəkk-şübhə yox ki, Z.Həsənov bunu sələfləri kimi onun qarşısında da qaldırıb.

Diqqət çəkicidir ki, Prezident İlham Əliyev yeni komandanı qəbul etməyib.

Lentsov Bakıdan nə ilə gedib? Bakı səfərindən sonra Rusiyanın separatçılarla birgə Qarabağda hansısa təxribatı mümkünmü?

Polkovnik Rövşən Məhərrəmov: "Vəziyyət durmadan gərginləşməyə doğru gedir"

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, Xankəndi Azərbaycanın ərazisidir, ona görə də general Lentsov əslində fəaliyyətə başlamaq üçün bölgəyə gələndə ilk növbədə Bakıya gəlməli və ilk görüşü də burada keçirməli idi: "Ancaq o, aprelin 25-dən Qarabağa gəldi və dərhal erməni separatçıların lideri ilə görüşdü. Azərbaycanın müdafiə naziri ilə isə təxminən 10 gün sonra görüşə gəldi. Rusiya sülhməramlı qüvvələri yenə də separatçı ermənilərin xidmətində qalmaqdadırlar. Onlar bununla sülhdə maraqlı olmadıqlarını nümayiş etdirmiş olurlar.

Laçına girişdə sərhəd nəzarət-keçid məntəqəmizin yaradılmasını Lentsov heç də müsbət qarşılamamışdı. Yəqin ki, Laçın yolunun Azərbaycanın ərazisi olduğunu və Azərbaycanın öz ərazisində nəzarət-keçid məntəqəsi qurması hüququnun olduğunu Bakıda ona izah ediblər. Bu izahdan onun nəticə çıxarıb-çıxarmadığı hər halda yaxın günlərdəki davranışlarında bəlli olacaq. Yaxın dövrdə erməni separatçıların hansısa təxribatlar etməsi istisna deyil. Bu baş verəcəksə, arxasında Lentsovun timsalında sülhməramlıların separatçılarla işbiriliyinin nəticəsi olduğuna şübhəniz olmasın. Rusiya bilməlidir ki, onun sülhməramlı qüvvələri əgər separatçılara dəstək verəcəklərsə, təxribatlara həvəsləndirəcəksə Azərbaycanın onların bölgədən çıxması məsələsini qaldırmaq hüququndan istifadə etməsi reallaşa bilər".

Polkovnikin sözlərinə görə, istər sülhməramlıların komandanı, istər digər kənar qüvvələr hər kəs bilməlidir və reallıqla barışmalıdır ki, Azərbaycan tamamilə beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərində nəzarəti bərpa edib: "Hazırda həll edilməmiş məsələmiz ölkəmizin daxilində qanunsuz yerləşmiş Ermənistan silahlı birləşmələrinin qalıqlarının çıxarılması və separatçılığa son qoymaqdır. Bu istiqamətdə də lazımi addımlar atılacaq. Hesab edirəm ki, müdafiə naziri Zakir Həsənov 10 noyabr üçtərəfli bəyanatının tələblərinin yerinə yetirilməsi istiqamətində sülhməramlıların addımlar atmasının vacibliyini də Lentsova xatırladıb. Yəni sülhməramlılar və onların komandanı separatçıların təminatçısı rolunda çıxış etmək əvəzinə üçtərəfli bəyanatın onların üzərinə qoyduğu işi həyata keçirməlidirlər. Fikrimcə, Zakir Həsənov Lentsova Azərbaycanın razı qalmadığı məsələlərlə bağlı suallar da verib, ondan cavablar istəyib. Lentsovun sorğulandığına şübhə etmirəm. Azərbaycanın mövqeyi düzgündür və qətidir. Müzakirə predmeti artıq Laçın yolu ola bilməz. Müzakirə predmeti Xankəndi və digər ətraf rayonlardakı Ermənistan silahlı birləşmələrinin qalıqlarının, silahlı erməni quldur dəstələrinin bölgədən çıxarılması və Azərbaycanın bu bölgəsində nəzarəti ələ alması, hakimiyyətimizin orada qurulması olmalıdır. Əminəm ki, məhz belədir və Lentsovla görüşdə bu məsələlər barədə müzakirə aparılıb".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1481   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr