Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb.
O, tədqiqatçıları süni intellektin məqsədlərini bəşəriyyətin sağ qalması ilə diqqətlə uzlaşdırmağa çağırırdı ki, ekzistensial fəlakətin qarşısı alınsın.
Hokinqin sözlərinə görə, süni intellekt müəyyən səviyyədə müstəqilliyə çatdıqdan sonra özünü getdikcə daha sürətli templə yenidən layihələndirə bilər. Yavaş bioloji təkamulla ciddi şəkildə məhdudlaşan insanlar isə onunla rəqabət apara bilməyəcəklər.
Təhlükə pis niyyətdə deyil, səriştədədir
Hokinq vurğulayırdı ki, süni intellektin əsas təhlükəsi pis niyyətli robot deyil, son dərəcə səriştəli sistem ola bilər. Əgər fövqəlintellektə malik süni intellektin məqsədləri insanların sağ qalması ilə uzlaşmasa, bəşəriyyət Yer üzündən asanlıqla silinə bilər.
Kembric Universitetində çıxışı zamanı Hokinq bildirmişdi ki, uğurlu süni intellektin yaradılması bəşəriyyət tarixində ən böyük hadisəyə çevrilə bilər. Lakin o, xəbərdarlıq etmişdi ki, bəşəriyyət onunla bağlı risklərdən yayınmağı öyrənməsə, bu, tariximizdəki son hadisə də ola bilər.
Ekzistensial silahlanma yarışı
Hokinq həyatının son illərində digər tanınmış texnologiya mütəxəssisləri ilə birlikdə süni intellekt sahəsində qlobal silahlanma yarışı barədə xəbərdarlıq edirdi. Onun fikrincə, avtonom silahlar ciddi şəkildə tənzimlənməsə, asanlıqla mükəmməl repressiya alətinə çevrilə bilər.
Hokinq sonuncu kitabı "Böyük suallara qısa cavablar"da bəşəriyyətə aydın yekun xəbərdarlıq etmişdi. O, alimləri və siyasətçiləri süni intellektin inkişafının hər zaman insanların xidmətində qalmasına nəzarət etməyə çağırırdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 907 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVirciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü
ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada
22 noyabrTramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22 noyabrYaponiyada quş qripinə görə 80 min toyuq məhv ediləcək
Yaponiyanın Ayti prefekturasında quş qripi epidemiyasının aşkarlanması səbəbindən yerli quşçuluq təsərrüfatlarından birində təxminən 80 min toyuğun məhv edilməsinə başlanılıb. "Report" xəbər verir ki, bu barədə prefektura administrasiyası məlumat yayıb. Quş qripi virusunun Toyohaşi şəhərind
23 noyabrDanimarka məktəblərində smartfonlar qadağan olunacaq
Danimarka hökuməti "Vahid siyahı - Qırmızı-yaşıl koalisiya" və "Alternativ" adlı iki partiya ilə orta məktəblərdə və dərsdənkənar tədbirlər zamanı mobil telefonların istifadəsinin qadağan edilməsi barədə razılıq əldə edib. Ölkənin ibtidai məktəblərində isə smartfonlardan istifad
23 noyabrBraziliyada qadın 33 illik köləlikdən azad edildi
Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər
22 noyabrÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabrBraziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır
Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb. Bildirilib ki, sabiq dövlət başçısını
23 noyabr