İranın Səudiyyə və Çinlə münasibətləri neft böhranı yarada bilərmi?

İranın Səudiyyə və Çinlə münasibətləri neft böhranı yarada bilərmi?İran körfəzdə Çin gəmisini saxlayıb. Məlumata görə, insidentə səbəb Çin gəmisinin İran gəmisi ilə toqquşmasıdır. Bu hadisə bölgədə yeni böhrana səbəb olub. Ekspertlər hadisənin növbəti neft böhranı yarada biləcəyini düşünürlər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Qlobal gücə çevrilmək istiqamətində fəaliyyətini genişləndirən Çin aktiv xarici siyasət yürüdür. Pekin Rusiyanın zəifləməsindən yararlanaraq onun təsirinin azaldığı məkanlara yiyələnir, Orta Şərqə yerləşir, hətta körfəz ölkələrinin ABŞ ilə qarşıdurmasından məharətlə istifadə edir.

Tayvandakı gərginlik Çini çoxvektorlu siyasət yürütmək məcburiyyəti ilə üz-üzə qoyub. Bu baxımdan Çinin Orta Şərqin mühüm ölkələri ilə artan qarşılıqlı əlaqələri diqqəti cəlb edir. Təbii ki, Çini bölgəyə istiqamətləndirən ən mühüm amillərdən biri onun yüksək enerji ehtiyacıdır. Enerji təminatında xaricdən asılı olan Çin həm Səudiyyə Ərəbistanı, həm də İran neftinin əsas alıcılarından biridir. İranın Çinə satdığı neftin miqdarı sanksiyalar səbəbindən rəsmi olaraq müəyyən edilə bilməsə də, müxtəlif hesablamalara görə, 750 min ilə 1,25 milyon barel arasında dəyişir. Bu da İranı Çinin ən böyük üçüncü neft tədarükçüsü edir. 2021-ci ildə Çin və İran arasında 25 illik 400 milyard dollar həcmində müqavilə imzalanıb. Bu səbəbdən sanksiyalar altında çabalayan İran üçün Çin həyati əhəmiyyət kəsb edir. Lakin məsələ ondadır ki, İran qeyri-standart xarici siyasəti ilə seçilir və etibarlı tərəfdaş statusunu itirib. Yaxın Şərqdə Çin gəmisi ilə bağlı son olay da bundan xəbər verir.

İran Çin gəmisini saxlayıb

Bölgənin qüdrətli dövləti Səudiyyə Ərəbistanı ilə yaşadığı yeddiillik gərginliyi Çinin köməyi ilə aradan qaldıran Tehran indi ona qarşı təxribatlara başlayıb. Tehran Pekinə məxsus gəmini ələ keçirib. Bu gəmi Küveyt xam neftini daşımaqla məşğul olub. Gəminin ələ keçirilməsi dünya gündəmini dəyişib. Əksəriyyət hesab edir ki, hadisə yeni neft böhranı yarada bilər. Məlumata görə, insidentə səbəb Çin gəmisinin İran gəmisi ilə toqquşması olub. Nəticədə iki iranlı dənizçi həlak olub. Tehran iddia edib ki, Çinə məxsus gəmi qəzadan sonra aradan çıxmağa çalışıb. Bu səbəbdən də saxlanılıb. Məlumata görə, Marşal adaları bayrağı altında üzən "Advantage Sweet" neft tankeri Oman körfəzində beynəlxalq sulardan keçərkən SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qaçırılıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələri "Twitter"də də məlumat yayıblar. Onlar tankeri dərhal azad etməyə çağırıblar.

Ekspertlər hesab edirlər ki, Pekin və Tehran arasındakı müttəfiqlik sırf Qərb faktoruna hesablanıb. Rusiyadan fərqli olaraq Çinin Qərbə münasibətdə tutduğu mövqe Tehranı daha çox qane edir. Lakin bu olay iki ölkə arasında münasibətlərə ciddi təsir edə bilər. Bu baş versə, ən çox ziyan çəkən də məhz İran olacaq. İran onsuz da beynəlxalq sanksiyalar altındadır. İqtisadiyyatının 40 faizindən çoxu Çinin nəzarətinə keçib. Hətta Güney Azərbaycanın Xoy şəhərindəki əlvan metal, mis mədənlərinə belə Çin nəzarət edir. Çin son on ildə İranın əsas ticarət tərəfdaşıdır. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 7 faiz artaraq, 16 milyard dollara çatıb.
İranın altı körfəz ölkəsinə - İraq, Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanına 2022-ci ilin martından 2023-cü ilin yanvarına qədər olan müddətdə qeyri-neft ixracı 14 milyard dollar, idxal isə 15 milyard dollardan bir qədər çox olub. Keçən il İran Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini bərpa edə bilib. 2022-ci ilin mart-noyabr aylarında İranın krallığa ixracı 15 milyon dollar olub. Bu, 2016-cı ildə diplomatik əlaqələri kəsən iki ölkə üçün rekord göstəricidir.

Səudiyyə-İran gərginliyi səngiyib?

Yeri gəlmişkən, Çinin vasitəçiliyi ilə həllini tapan İran-Səudiyyə Ərəbistanı gərginliyi bir qədər səngisə də, vəziyyət hər an dəyişə bilər. İki ölkə arasında ciddi fikir ayrılıqları olsa da, aralarındakı bağlar qırılma həddinə çatsa da, tərəflər son mərhələdə ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə müvəffəq olublar. 1960-cı ildə körfəzdəki neft yataqlarının kimə mənsubluğu ilə bağlı bölgənin bu iki əsas dövləti arasında dərin böhran ortaya çıxıb, səkkiz il davam edib, sonda sıxıntılar barış yolu ilə həll olunub. 2003-cü il İraq böhranı zamanı da iki dövlətin münasibətləri savaş həddinə çatıb, İranın Prezidenti Əhmədi Nejad Riyada gedib, məsələ tam həll olunmasa da, savaş təhlükəsi ortadan qalxıb. 2010-2019-cu illərdə də gərginlik yaranıb.

Çinin strategiyası nəyə söykənir?

Əsl sual budur ki, Çini İran-Səudiyyə gərginliyində vasitəçiliyə nə vadar edir? Ağla gələn ilk cavab Çinin iqtisadi əlaqələrini siyasi əlaqəyə çevirmək məqsədi və bu iki ölçünün bir-birini qarşılıqlı şəkildə gücləndirməsidir. İlk növbədə Çinin hər iki ölkə ilə yaxşı münasibətləri inkişaf etdirmək istəyindən başlamaq lazımdır. Tehranla Ər-Riyad arasındakı gərginlik vasitəli olaraq Pekinə də təsir edir. Bu, Si Cinpinin ötən ilin dekabrında Ər-Riyada səfəri zamanı ən aydın şəkildə göründü. İstər Pekin-Ər-Riyad ikitərəfli görüşləri, istərsə də Çin-Körfəz Əməkdaşlıq Şurası sammitindən sonra verilən bəyanatlar İran-Çin münasibətlərini xeyli gərginləşdirib. İranın sərt mesajlarından sonra Çinin diplomatik manevrləri və İran Prezidenti İbrahim Rəisinin Pekinə səfəri atmosferi yumşaldıb. Orta Şərqin iki mühüm ölkəsinin münasibətlərinin yaxşılaşması, şübhəsiz, bütün region ölkələri üçün müsbət hal kimi qəbul edilir. Lakin qeyd etiyimiz kimi, İran hər zaman qeyri-sabit siyasəti və gözlənilməz qərarları ilə seçilib. Bu səbəbdən də hər şeyi zaman göstərəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1016   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq

ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədənçıxarma şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib

9 avqust
.

Yaponiyada "üç səkkiz" təlaşı: Şanslı rəqəm günündə kütləvi nikahlar keçirilib

Ailə həyatına başlamaq üçün əlverişli günün qeyd edilməsi məqsədilə bütün Yaponiya ərazisində yeni evlənənlərin şərəfinə kollektiv tədbirlər və kütləvi nikah qeydiyyatları keçirilir. -ın xəbərinə görə, bu barədə "Kyodo" agentliyi məlumat verib. Məlumata görə, ajiotaj Yaponiyada şanslı rəqə

9 avqust
.

Foreign Policy: "Avropada istilər və meşə yanğınları iqtisadiyyata ciddi zərbə vurur"

Avropada bu yay müşahidə olunan rekord istilər və genişmiqyaslı meşə yanğınları təkcə ekoloji problem yaratmır, həm də qitənin enerji sistemi, kənd təsərrüfatı və iqtisadiyyatı üçün ciddi təzyiq formalaşdırır. Foreign Policy-nin 10 avqust tarixli təhlilində bildirilir ki, Avropanın müxtəlif bölgələrind

10 avqust
.

Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı

9 avqust
.

Özü qolf oynadı, raketlər onu qorudu - Video

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia

11 avqust
.

Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib

Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"

9 avqust
.

VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb

İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda

11 avqust
.

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldovanın Xarici İşlər Nazirliyi Kroçmaz bölgəsində baş verən hadisəni, pilotsuz təyyarənin düşərək partladığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdı

10 avqust
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir

İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın

11 avqust