Kılıcdaroğlunun "yeni layihəsi" Türkiyə, Azərbaycan və Türk Dünyasına nə vəd edir? - FOTO

Kılıcdaroğlunun "yeni layihəsi" Türkiyə, Azərbaycan və Türk Dünyasına nə vəd edir? - FOTOMillət İttifaqından Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, öz sözlərilə desək "həyatının ən böyük layihəsini" açıqlayıb.

"Twitter" səhifəsində müvafiq videomüraciətini paylaşan siyasətçi bunu qərbyönümlü olmasına dair ittihamlara cavab olaraq etdiyini deyib. O, öz layihəsilə hər kəsə Şərq və ya Qərb tərəfdarı olmadığını, yalnız Türkiyənin maraqlarını düşündüyünü sübut etmək istədiyini bildirib.

Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur. Partiya sədri Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirəcək yeni "İpək Yolu"nun ölkəsini Türk Dünyasının ticarət qapısına çevirəcəyini güman edir.

Kılıcdaroğlunun "yeni layihəsi" Türkiyə, Azərbaycan və Türk Dünyasına nə vəd edir? - FOTOLakin Kılıcdaroğlunun layihəsi nəinki Türkiyə, eləcə də türk dünyasının digər ölkələri, o cümlədən Azərbaycan üçün də yaxşı heç nə vəd etmir.

İlk öncə qeyd edək ki, Türkiyənin qida, geyim və gündəlik tələbat məhsullarından tutmuş hərbi sənayedək, güclü istehsal kompleksinə malik olması heç kəs üçün sirr deyil. Ötən ilin yekunlarına görə, qardaş ölkənin ixracatı rekord həcmdə artaraq 254 milyard dolları ötüb. Belə olan halda, qlobal miqyasda tədricən mühüm ticarət- istehsal mərkəzlərindən birinə çevrilməklə dünyanın müxtəlif bölgələrində Çinlə rəqabətə girən Türkiyənin qapılarını "dünya fabriki" kimi ad çıxaran "Asiya pələnginin" üzünə daha geniş açmaq nə dərəcədə məqsədəuyğundur? Və belə olduqda, bu layihə Kılıçdaroğlunun Türkiyənin maraqlarını hər şeydən üstün tutduğuna dair dediklərilə ziddiyyət təşkil etmirmi?
Azərbaycana gəldikdə, çıxışı zamanı CHP lideri bir kəlmə belə olsun Türkiyənin ən yaxın müttəfiqi olan ölkəmizin adını çəkmir. Halbuki o, özünün "ən vacib layihə"silə elə ilk zərbəni məhz Azərbaycana vurur və əksinə, Ermənistanla İranın mövqelərini gücləndirir. Görəsən, CHP rəhbəri Ermənistanın tarix boyu açıq şəkildə büruzə verdiyi türk düşmənçiliyini, İranın isə son Qarabağ zəfəri və ondan sonrakı proseslərdə əsl simasının üzə çıxdığını niyə belə tez unudur?

Deyək ki, tarixi keçmişi nəzərə almasaq, axı bu iki dövlət hazırda da öz təxribatlarından əl çəkmir. O, niyə unudur ki, məhz Ermənistan bu gün də qondarma soyqırımı iddiaları ilə hər fürsətdə Türkiyəyə qarşı qara yaxır, İrəvanda türk və azərbaycanlı diplomatları qətlə yetirənləri qəhrəmanlaşdıraraq onlara abidə ucaltmaqdan belə çəkinmir? İran isə Türkiyənin ən yaxın müttəfiqi Azərbaycanın sərhədinə qoşun toplayır, Ermənistanı silah-sursatla təmin edir, hərbi təlimlər keçərək Bakını təhdid edir. Bu azmış kimi, Tehran ölkədəki Azərbaycan səfirliyinə hücum təşkil etməklə ölkəmizə qarşı açıq şəkildə düşmənçilik sərgiləyir.

Digər tərəfdən, məsələyə diqqətlə yanaşdıqda Kılıcdaroğlunun layihəsinin tarixi fürsət olan Zəngəzur dəhlizinin əhəmiyyətini sıfıra endirdiyini və başda Türkiyə olmaqla, bütövlükdə Türk Dünyasını İrandan va Çindən asılı etdiyini görmək mümkündür.

Layihənin təqdimatındakı maraqlı məqamlardan biri də Türkiyə prezidentliyinə namizədin yeni dəhlizin qurulması kontekstində Çinə münasibiətidir. Kılıcdaroğlu öz layihəsinin Pekin üçün mütəsna maraq kəsb edəcəyini vurğulayır və dəhlizə qoşulmaq üçün Çinin qarşısında Uyğur Muxtar Vilayətilə bağlı hazırki siyasətinə son qoymaq kimi bir şərt irəli sürür. Bu və yuxarıda sadaladığımız digər amillər layihənin nəinki reallaşmasını, hətta onun ideya olaraq ciddiliyini belə şübhə altına alır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2357   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb

ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa

8 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr