"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO

"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO"2010-cu ildə "Şərur" MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir".

Bu barədə şikayətlə Oxu.Az-a bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən "Şərur" MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, "Şərur" MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. "Şərur" MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır".

Kənan Musayev onu da bildirib ki, "Şərur" MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır:

"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.

Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir.

"Şərur" MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər.

Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər".

Müvafiq qurumların sakinlərin müraciətlərinə cavabı aşağıdakı sənədlərdə göstərilir:

"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTOProblemlə bağlı "Şərur" MTK ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3222   Tarix: 09 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr