Cıdır düzündə "Xarıbülbül" festivalının açılış konserti olub - FOTO
Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
Oxu.Az xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib.
Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1119 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar
29 aprelQədir Xəlilova yeni vəzifə verildi
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019-2023-cü illərd
28 aprelZərifə Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur. xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub. Alimi
28 aprelBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq
29 aprelMəktəblərdə rus sektoruna qəbul qaydası dəyişdi
Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib. Trend-in əldə etdiyi məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələ
28 aprelAprelin son günündə hava necə olacaq?
Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı
29 aprel