Heydər Əliyev siyasi irsi hər zaman Azərbaycan dövlətinin qorunmasında və daha da güclənməsində öz sözünü deyəcəkdir" - DEPUTAT

Heydər Əliyev siyasi irsi hər zaman Azərbaycan dövlətinin qorunmasında və daha da güclənməsində öz sözünü deyəcəkdir" - DEPUTAT"Azərbaycanda və dünyanın bir çox ölkələrində müasir dövlətimizin xilaskarı, memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dərin ehtiramla qeyd olunur. Onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri yad olunur, ruhuna dualar oxunur".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Heydər Əliyev, həyatını Azərbaycan xalqına həsr etmiş və dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsi, müqəddəs bayrağımızın bir daha enməməsi və 90-cı illərin əvvəllərində yaşadığımız təhlükələrlə qarşılaşmamağımız üçün zəngin irs qoyub. Düşünürəm ki, dövlətimizin və hər birimizin təhlükəsiz gələcəyinin təmin olunması üçün, strateji bir məsələni diqqətdə saxlamağımızda, ağır sınaqlardan çıxmış Heydər Əliyev dövlətçilik irsindən faydalanmağımızda fayda var. Müasir dünyanın yarandığı gündən bəri, siyasi-iqtisadi maraqlar, təbii resurslar uğrunda, dövlətlər arası şiddətli rəqabət mövcud olmuş, bir an belə fasilə vermədən bu gün də gedir və gələcəkdə də aparılacaqdır

Qlobal güclərin həmin maraqları təmin etmək üçün hiyləgərcəsinə qurduqları mürəkkəb, çox gedişli oyunların, ziddiyətli proseslərin qarşısının dərhal allnmaması bir çox faciələrlə nəticələnir. Bəzi hallarda isə, oturuşmuş dövlətçilik tarixinə malik, böyük dövlətlər belə dağılır, milyonlarla əhalisi isə, ən yaxşı halda qaçqın vəziyyətinə düşür. Bunların baş verməməsi, təsir gücünün azaldılması üçün, "immunitet" olmalıdır. İmmunitetin kökündə isə, cəmiyyətin bütün təbəqələrinin qəbul etdiyi ideoloji baza yaradılmalı, yerləşdiyin coğrafiyanın və regionda maraqları olan geosiyasi güclərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, balanslaşdırılmış siyasət aparılmalıdır.

Deputat vurğulayıb ki, keçdiyimiz tarixi yol sübut etdi ki, məhz Heydər Əliyevin müəllifi olduğu "Azərbaycançılıq məfkurəsi" rəsmən dövlətçilik idelogiyası olaraq, milli, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqını birləşdirdi:

"Hətta, nə vaxtsa, ölkəmizdə yaşamış, ümumiyyətlə, Azərbaycanla cüzi də münasibətləri olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan insanlar, diaspora şəklində birləşdilər. Dünya erməniliyi və havadarlarına qarşı 44 günlük müharibədə, informasiya müharibəsində, ölkəmizin həqiqətlərinin beynəlxalq birliyə çatdırılmasında əhəmiyyətli işlər gördülər. Azərbaycançılıq məfkurəsi, 50 milyondan artıq xalqı "Dəmir Yumruq" ətrafında birləşdirdi.

Artıq ikinci ildir ki, Rusiya-Ukrayna arasında yüz minlərlə həlak olmuş, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş, dəhşətli dağıntılarla müşahidə olunan geniş miqyaslı müharibə gedir. Sonu bəlli deyil. Bunu və digər regionlarda baş verən prosesləri təhlil etdikcə, bir daha əmin olursan ki, Ulu Öndərin əsasını qoyduğu strategiyanın, Prezident İlham Əliyevin apardığı siyasətin alternativi yoxdur. Yerlə yeksan olunmuş Ukraynaya, tarixi Qələbəmizi həzm edə bilməyən cənub qonşumuzun son dərəcə aqressiv, düşmənçilik davranışlarına, daxilimizdəki müxtəlif dövlətlərin maraqlarına xidmət edən müxtəlif təyinatlı 5-ci kolonun agentura şəbəkəsinə baxdıqda görürsən ki, dövlət idarəetmə sistemində buraxılmış cüzi səhvin belə, arzuolunmaz fəsadları ola bilərdi. Heydər Əliyev siyasi irsi, hər zaman Azərbaycan dövlətinin qorunmasında, tarixin yarixin yaratdığı kataklizmlərin qarşısının alınmasında, daha da güclənməsində öz sözünü deyəcəkdir. 100 illiklər keçəcək, nəsillər dəyişəcək, xalqımıza xidmət edəcəkdir. Allah rəhmət eləsin, ruhu şad olsun!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1005   Tarix: 10 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr