Hacı Şahinin tələbəsi də "Məşədi Dadaş"ın imamı ola bilər
"Hesab edirik ki, Məşədi Dadaş məscidində, ola bilsin, bir neçə imam təyin olunsun".
Sonxeber.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Məşədi Dadaş məscidinə imam təyinatı həyata keçirilərkən qanunun tələblərinə əməl edilib.
"Orada Məşədi Dadaş icmasının üzvləri ilə görüş keçirmişik, eyni zamanda, rəhmətlik Hacı Şahinə köməklik edənləri də dəvət etmişik, görüşüb söhbətlər aparmışıq. Məşədi Dadaş məscidinə təyin olunan imam da ali təhsilli, tanınmış, eyni zamanda, yeni cameədə nüfuzu olan şəxslərdəndir. 10 ilə qədər Bakı İslam Universitetində müəllim işləmiş, həmçinin bir neçə məsciddə imamlığı yerinə yetirmiş tanınmış din xadimimizdir. Bu seçim də köçürmə yolu ilə olub. Qanuna görə, dini ayinləri icra edən imam mütləq imtahandan keçməlidir. Əli Şərbətov də həm imtahandan keçib, həm uzun müddətlik imamlıq təcrübəsi var.
Əli Şərbətova qədər imamlıq vəzifəsini icra edən şəxs də imtahan verəcək və müsahibədən keçə bilsə, təyin olunacaq. Hesab edirik ki, Məşədi Dadaş məscidində ola bilsin bir neçə imam təyin olunsun. Qadın dini ayin icraçısı da ali təhsilidir və o da bu günlərdə fəaliyyətini davam etdirəcək", - deyə M.Qurbanlı bildirib.
Qeyd edək ki, Hacı Şahinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun, eyni zamanda Hacı Şahinin tələbəsi Elmir Vəliyev icra edirdi. Daha sonra ora Əli Şərbətov imam təyin edildi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1779 Tarix: 10 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr