Dostu ilə zarafatı baha başa gəldi
Bakıda tanışının telefonunu danışmaq adıyla alıb qaçan şəxs həbs edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2021-ci ildə baş versə də, yekun məhkəmə qərarı bir neçə gün öncə elan edilib.
Belə ki, hadisə zamanı 31 yaşlı Elnur Məlikli gecə saat 2-də Xəyal Zeynalovu (şərti) çayxanaya çağırıb, gəlib onu aparmasını xahiş edib.
Xəyal çayxanaya gəlib onu götürdükdən sonra Elnur avtomobili 2 saatlıq ona verməsini istəyib. Lakin Xəyal bundan imtina edib. Bu hərəkət Elnurun xoşuna gəlməyib. Daha sonra avtomobildən düşərək Xəyaldan telefonu danışmaq üçün ona verməsini istəyib. Xəyal özünə məxsus "İphone 12 Pro Max" markalı telefonu Elnura verib. Elnur danışmaq adıyla aldığı telefonu götürüb qaçıb. Xəyal arxasınca çağırsa da, buna fikir verməyib.
E.Məlikli telefonun üzərindən sahibinin nömrəsini çıxarıb, öz nömrəsini taxaraq işlədib. Xəyal zəng edib telefonunun qaytarılmasını xahiş etsə də, hər dəfə qaytaracağını deyərək vaxtı uzadıb. Elnur telefonu satmaq istəsə də, "iCloud" parolunu bilmədiyi üçün sata bilməyib. Bundan sonra Xəyal polisə müraciət edib. E.Məlikli polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. E.Məlikli barəsində soyğunçuluq ittihamı ilə cinayət işi başlanıb. Lakin o, telefonu itirdiyini bildirib.
Yasamal Rayon Məhkəməsi əməlin soyğunçuluq deyil, dələduzluq olduğu qənaətinə gələrək cinayət işinə xitam verib. Xəyal Zeynalov məhkəmədə Elnurla barışdığını, dəymiş ziyanın ödənildiyini bildirib. Bunu nəzərə alan məhkəmə E.Məliklini məhkəmə zalından azadlığa buraxıb.
Lakin prokurorluq hökmdən əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə protest verib. Ali Məhkəmə protesti təmin edib və iş yenidən apellyasiya baxışına qaytarılıb. Məhkəmə işi yenidən araşdıraraq qərara gəlib ki, E.Məlikli zərərçəkmişdən 1000 manat dəyərində mobil nömrə, 3500 manat dəyərində "İphone 12 ProMax" markalı mobil telefonu soyğunçuluq edərək alıb və onun barəsində ittiham hökmü çıxarılıb.
E.Məlikli 2 il 6 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1975 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr