"Azərbaycan Dəmir Yumruq hesabına yeni reallıq yaradıb" - DEPUTAT
"Mayın 10-u axşam saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətindən üzbəüz mövqelərimizi intensiv atəşə tutması, bir hərbi qulluqçumuzun şəhid olması, digərinin ağır yaralaması təsadüfi toqquşma hesab oluna bilməz və birmənalı olaraq açıq təxribatdır. Bu gün səhərdən etibarən isə iriçaplı silahlar və minaatanlardan geniş istifadə olunması İrəvanın bu təxribatları qəsdən genişləndirməkdə maraqlı olduğunu göstərir. Eyni zamanda toqquşmaların gedişində məqsədli və müxtəlif dezinformasiyaların yayılması lokal qarşıdurmadan daha böyük olan total məqsədlərdən xəbər verir. Bu mənada prosesə Basarkeçər-Kəlbəcər istiqamətində toqquşmalar və Ermənistanda revanşist kəsimin niyyəti çərçivəsində yox, bütövlükdə son günlərin regional situasiyaları rakursundan baxmaq, xüsusən digər qonşularımız, o cümlədən Ermənistana təsir imkanı güclü olan subyektlərin prosesdə mümkün rolu prizmasından baxılmalıdır. Təbii ki, belə müdaxilələrin yeganə məqsədi Azərbaycanın iradəsinə təsir cəhdləri ola bilər. Lakin Prezident İlham Əliyev dünən Şuşadan xalqa müraciət edərkən açıq formada ifadə etdi ki, "Biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, hazırda vəziyyətə gəlincə, Azərbaycan Ordusu bütün istiqamətlərdə əməliyyat şəraitinə nəzarət edir, bütün formalarda hücum cəhdləri nəinki dəf edilir, üstəlik düşmən layiqli formada cavabını alır.
"Erməni xalqı nəhayət ki, başa düşməlidir ki, artıq 90-cı illərin hər kəs tərəfindən müdafiə olunan Ermənistanı və məğlub Azərbaycanı yoxdur, artıq situasiya dəyişib. Azərbaycan Dəmir Yumruq hesabına yeni reallıq yaradıb və bu reallıqda Ermənistan məğlubdur. Məğlub bir dövlətin və toplumun revanşist cəhdləri onları məhvə aparır. Ermənilər nəhayət anlamalıdır ki, onlar alət kimi istifadə olunur və Azərbaycan da bu vəziyyətə daha 30 il dözmək niyyətində deyil. Nə Ermənistan, nə də havadarları unutmamalıdır ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın tək yaxud hər hansı müttəfiqi ilə bərabər kollektiv formada regionda sülh və təhlükəsizliyə təhdid yaradan bütün maneələri, harada yerləşməsindən asılı olmayaraq, aradan qaldırmaq hüququna malikdir. Bu son 20 ildə dəfələrlə müraciət edilmiş ümumtanınmış normadır və beynəlxalq birliyin bərabər hüquqlu üzvü kimi Azərbaycan bu hüququndan istifadə etmək, Ermənistan ərazisində bu təhdidləri aradan qaldırmaq haqqına sahibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 851 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr