Köhnə tikililərdəki mənzillərin qiymətində KƏSKİN ARTIM - "Yeni binalara üstünlük verilir"
Son vaxtlar əmlak bazarında kəskin bahalaşma müşahidə olunmaqdadır. Xüsusilə də köhnə və istismar müddəti başa çatmış binalarda 15-20 faiz qiymət artımı baş verir. Bunun da əsas səbəbi şəhərdə söküntülərin miqyasının artması və bununla bağlı yayılan xəbərlərdir.
Xüsusilə də, paytaxtın istifadə müddəti başa çatmış yaşayış binalarının və həyət evlərinin söküləcəyi, onların çoxmərtəbəli binalarla əvəzlənəcəyi barədə məlumatlar yayılmaqdadır.
"Qiymətlər Bakı şəhəri üçün fantastikdir"
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, binalar və evlər sökülərkən bütün xərclər, hətta 2 il müddətinə kirayə haqları şirkətlər tərəfindən qarşılanır.
Onun sözlərinə görə, əmlak bazarındakı, xüsusilə də köhnə binalardakı qiymətlər Azərbaycan, əsas da Bakı üçün real deyil və fantastik rəqəmlərdir:
"Halbuki həmin binaların çoxu qəzalıdır, bəziləri isə istismar müddətini başa vurub. Dünya təcrübəsində belə binaların satış qiyməti normal dövrdəki məbləğindən 50 faiz aşağı olur, alıcısı az olur, ipoteka predmetinə çevrilə bilmir və banklar girov götürməkdən imtina edir".
Hazırda yeni binalarda da qiymətlərin yüksək olduğunu deyən ekspert bunun təbii artım olduğunu qeyd edib.
Bunu tikinti materiallarının qiymətinin yüksək olması ilə əlaqələndirən müsahib vurğulayıb ki, son dövrlərdə alıcıların çoxu yeni binalardan ipoteka və ya sadə kreditli satışla mənzillər almağa üstünlük verir:
"Şirkətlərin bir çoxu daxili kreditlə uzunmüddətli mənzil satışı həyata keçirirlər. Düzdür, faiz dərəcələri yüksək olur, amma yenə də alıcılar bu mənzilləri almağa üstünlük verirlər. Bu gün mənzillərin qiyməti vətəndaşların alıcılıq qabiliyyəti və aylıq əməkhaqları ilə üstə-üstə düşmür".
"Tikintiyə yararlı torpaq sahələri tükənir".
Bakı şəhəri üzrə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda olduğunu, bəzi yerlərdə isə tamamilə tükəndiyini söyləyən müsahibimiz bildirib ki, olanlar da fantastik dərəcədə yüksək qiymətlərlə təklif olunur:
"Amma bununla belə, vətəndaşlarda fərdi həyət evlərinin alqı-satqısına maraq ciddi şəkildə azalıb. Bu da onların böyük əksəriyyətinin sənədlərinin qaydasında olmaması ilə əlaqədardır. Buna görə də qiyməti bina evlərinə nisbətən daha ucuzdur.
Bakının istənilən metro stansiyasının yaxınlığında 1 otaqlı mənzilin qiyməti 60-80 min manat arasında dəyişir. Halbuki, bu qiymətə istənilən kənd və qəsəbədən 3-4 otaqlı gözəl bir həyət evi almaq olar. Tutaq ki, Xırdalan və ya Masazır ərazisində 2 mərtəbəli, 250-300 kvadratmetr sahəsi olan həyət evi 100 min manata satılırsa, səhərə yaxın ərazilərdə, Badamdar və ya Bakıxanov qəsəbələrində 3-4 dəfə baha qiymətə olur. Bu evlərin alıcıları da olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2374 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr