"Bu realiti şoudur" - MTRŞ efirdəki saçyolduya haqq qazandırdı - VİDEO

"Bu realiti şoudur" - MTRŞ efirdəki saçyolduya haqq qazandırdı - VİDEOARB telekanalının efirində yayımlanan "Ferma" realiti şousunda böyük qalmaqal yaşanıb.
Proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova ilə Mələk Babayeva arasında dava olub. Onlar əvvəlcə mübahisə etsələr də, proses sonradan əlbəyaxa davaya çevrilib.
Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a açıqlamasında bunun adıçəkilən verilişdə yaşanamış ilk hadisə olmadığını deyib: "Bu realiti şoudur və reallıqları əks etdirməlidir. Lakin bizim cəmiyyətin öz dəyərləri və həssas yanaşdığı məsələlər var. Bizdə kişi qadın və qadınlararası münasibətlər digər ölkələrdən müəyyən mənada fərqlənir. Qızla oğlanın və ya iki xanımın ictimaiyyət arasında əlbəyaxa dalaşması, alçaldıcı sözlər deməsi cəmiyyətdə normal qarşılanmır. Düzdür, cəmiyyətdə belə hallar var, lakin ümumilikdə qınaq obyektinə tuş gəlir. Tamaşaçıların mənfi reaksiyası və geniş müzakirələrə səbəb olması nəzərə alınaraq belə halların efirə getməsi doğru deyil. Bədii film və ya serialda belə kadrlar səhnələşdirilmiş formada efirə verilə bilər. Bu veriliş realiti-şou olduğundan, reallığı göstərdiyindən tamaşaçılar tərəfindən müsbət qarşılanmır. Nəzərə almaq lazımdır ki, həmin səhnə canlı efirdə yaşanmayıb. Yəni montaj edilə bilərdilər. Bu həmin şou ilə bağlı ilk hal deyil. Bir neçə gün əvvəl oğlan və qız arasında buna bənzər hal yaşanmışdı".
T.Dadaşov qeyd edib ki, artıq bununla bağlı telekanal rəhbərliyinə xəbərdarlıq olunub: "Rəhbərlik və mən özüm də telekanal rəhbərliyi ilə bu məsələni danışmışıq. Bu məsələlər müzakirə edilib. Belə halların bir daha yaşanmaması qarşılıqlı olaraq razılaşdırılıb. Biz verilişin monoton təqdim edilməsinin tərəfdarı deyilik. Lakin real hadisələr daha mədəni və cəmiyyətin qəbul edəcəyi formada təqdim etmək olar. Bu barədə iştirakçılara da məlumatlar verilə bilər. Bir sözlə verilişdə dəyişiklik ediləsi məqamlar çoxdur. Qanun pozuntusu olmadığına görə birbaşa müdaxilə edə bilmirik. Çünki nə konkret zorakılıq halı, söyüş olmadığından biz yalnız xoşagəlməz hal kimi dəyərləndiririk. Hesab edirik ki, telekanal rəhbərliyi ilə şifahi danışıq apararaq məsələni həll edə bilərik. Hələ ki inzibati üsul tətbiq etməyə ehtiyac yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1091   Tarix: 22 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə

16 dekabr
.

Bakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl

16 dekabr
.

46 yaşlı müəllim məktəbdə vəfat etdi

Bakıda orta məktəblərin birində müəllim vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib. Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismə

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd

17 dekabr
.

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə

17 dekabr
.

Rəşad Şolan da orqanlarını bağışladı

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib. R. Şolan bu addımı

16 dekabr
.

Piroq vitrini siçan tərəfindən zəbt olundu: görüntülər sosial mediada gündəm oldu - VİDEO

Türkiyənin İzmir şəhərinin Bucə rayonundakı bir piroqçuda telefon kamerası ilə çəkilən görüntülər sosial mediada böyük rezonans yaradıb. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə bir siçanın şüşə vitrindəki piroqların üzərində gəzdiyi və həmin məhsulları yediyi görünür. Hadisə izləyicilə

17 dekabr
.

3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi

Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə

16 dekabr