Yaponiyada G7 Liderlər Zirvəsi 2023 başlayıB
G7 Zirvəsi 2023 Yaponiyanın sədrliyi ilə başlayıb.
Sonxeber.az xəbər verir ki, Yaponiyanın Baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.
Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.
Ev sahibi Yaponiyanın Baş naziri və xanımı Kişida Yuko Xirosima Sülh Memorial Muzeyinin qarşısında qonaq olan dövlət və hökumət başçılarını qarşıladılar.
1945-ci ildə atılan atom bombası dövrünə aid 100 mindən çox eksponat və qalıqların nümayiş olunduğu muzey G7 liderlərinin ilk kollektiv səfərinə səhnə olub.
Kişida cütlüyünün müşayiəti ilə qonaq liderlər və onların həyat yoldaşları, o cümlədən ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden tarixi muzeyi və kampusu gəziblər.
Ziyarətdən sonra liderlər kampusda atom bombası qurbanlarının xatirəsinə ucaldılmış xatirə məzarına gedərək gül çələngləri qoyublar.
Bayden 1945-ci ildə atom bombasından sonra Xirosimaya gələn ikinci ABŞ prezidenti oldu. Barak Obama 2016-cı ildə Xirosimaya səfər edib.
Qlobal siyasi və iqtisadi problemlərin həllində mühüm beynəlxalq platformalardan biri hesab edilən G7 Liderlərinin Sammiti Grand Prince Hirosima otelində keçiriləcək.
6 avqust 1945-ci ildə Xirosimaya və 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları ilə ABŞ 210.000-ə yaxın insanın ölümünə səbəb oldu.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1291 Tarix: 19 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabrABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır
İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin
7 oktyabrNorveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabrƏrdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto
Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki
7 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrPentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır
"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar
8 oktyabrFTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb
ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa
8 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabrRubio: Rusiya və Ukrayna strateji dalandadır
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej
8 oktyabr