Arutyunyan Xankəndində referendum keçirəcək - Suda boğulanın saman çöpündən yapışması

Arutyunyan Xankəndində referendum keçirəcək - Suda boğulanın saman çöpündən yapışmasıXankəndində separatçılar arasında daxili siyasi gərginlik hər gün getdikcə daha da kəskin xarakter almaqda və ciddi parçalanma meylləri güclənməkdədir. Məhz bunun nəticəsi olaraq son günlərdə Samvel Babayan və Ruben Vardanyanın qrupları yenidən aktivləşib. Digər tərəfdən isə qondarma rejimin "parlament" sədri Tovmasyan da fəallaşıb. Artıq bir neçə gündür ki, Xankəndində separatçı qruplaşamalar arasında "siyasi məsləhətləşmələr" getsə də, tərəflər ortaq məxrəcə gələ bilmirlər. Bu da vəziyyətı daha da çıxılmaz dalana sürükləyir.
Babayan israrla özünü qondarma rejimin "dövlət naziri" postuna təyin olunmasını tələb edir. Onun son hədəfi isə Xankəndində "hakimiyyət" dəyişikliyinə nail olmaqdır. Bəzi məlumatlara görə, o bu məsələdə İrəvandakı bəzi qüvvələrdən, o cümlədən Paşinyandan da dəstək alır.
Babayanın aktivləşməsi fonunda "desant" Ruben Vardanyan da aktivləşib. O özünü daha çox "barışcıl" göstərməyə çalışsa da, gizli planlarının olduğu aydındır.
Son günlərdə "hakimiyyət" uğrunda mübarizəyə girişənlər arasında qondarma rejimin "parlamentinin" rəhbəri Artur Tovmasyanın rəhbərlik etydiyi qruplaşma da var. O da yaranmış situasiyadan faydalanıb, özünü separatçıların real namizədi kimi görür. Tovmasyan müxtəlif təkliflərlə çıxış edərək özünü ciddi rəqib kimi ortaya qoymağa çalışır. Bu məqsədlə bir neçə gün öncə Tovmasyanın Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun formalaşdırılması barədə təklif irəli sürsə də, müsbət nəticə vermədi. Bunun nəticə vermədiyini görən Tovmasyan mayın 19-da üzləşilən durumdan çıxış yolu kimi baş separatçı Araik Arutyunyan ya istefa verib yeni "seçki"lərə getməsini, ya da "etimad referendum" keçirməsi barədə tələb irəli sürüb. Bu da Xankəndində siyasi hərarətin yüksəldiyini və ciddi böhranın yarandığını göstərir.
Erməni mediası olan "hraparak"ın yazdığına görə, Araik Arutyunyan yaranmış durumdan çıxış yolu kimi "etimad referendum"nun keçirilməsi təklifi üzərində dayanaraq qərar qəbul edib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq və Qarabağın erməni əhalisi bir suala cavab verəcək: Əhali "artsax prezidentinə" güvənir, yoxsa yox?
Baş separatçı Arutyunyanın bu cəhdləri də nəticə verməyəcək. Bu suda boğulanın xilas olmaq üçün saman çöpündən yapışması misalına bənzər.

Proseslərin gedişi onu göstərir ki, separatçılar Bakının irəli sürdüyü reinteqrasiya təkliflərdən uzaq durduqca Xankəndində hərarət getdikcə daha da kəskin xarakter alacaq. Bu nəticə etibarı ilə toqquşmalara gətirib çıxaracağı da istisna deyil. Çünki separatçılar üzləşdikləri durumla bağlı bir-birinin ünvanına kəskin ittihamlar səsləndirməkdədirlər. Bu da qarşıdurmanı və böhranlı vəziyyətin aradan qalxmasına deyil, əksinə böhranın daha da dərinləşməsinə və məhvə sürükləyir.

Yaranmış durumdan yeganə çıxış yolu isə Bakının inteqrasiya prosesi ilə bağlı şərtlərini qəbul edib, ona uyğun addım atmaqdır. Ya qanunvericiliyin tələblərinə uyğun Azərbaycan vətəndaşlığını qəbul edib, bu torpaqlarda yaşayırsa, ya da bu əraziləri öz xoşuna tərk edirsən. Bu iki variantdan birini seçməyənləri isə Azərbaycan komandos qrupları onları başa düşəcək dildə necə başa salmağı bilir. Bu da olacaq…

Olke.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1171   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

Ərdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto

Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

Tramp: Demokratlar qalib gələrsə, ABŞ iflasla üzləşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə qələbə qazanması halında, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər. xəbər verir ki, Tramp vurğulayıb ki, "Əgər biz respublikaçılar qalib gəlsək, b

7 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

6 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr