Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən biri hesab olunur.
Qaynarinfo TRT Haber-ə istinadən xəbər verir ki, oppozisiya planetləri müşahidə etmək üçün ən uyğun mərhələdir. Bu zaman planet Günəş batarkən doğur, gecə boyu səmada görünür və Günəş doğmağa yaxın batır. Eyni zamanda Saturn il ərzində Yerə ən yaxın mövqeyinə gəlir.
Saturnu adi gözlə də görmək mümkündür. Planet səmada orta parlaqlığa malik, krem-ağ rəngli obyekt kimi görünür. Ulduzlardan fərqli olaraq onun işığı sayrışmır və sabit şəkildə parlayır. Saturnun parlaqlığı təxminən +0,3 təşkil edir.
Oktyabrın 5-də saat 21:00 radələrində şərq-cənub-şərq istiqamətində üfüqə baxdıqda Saturnu görmək mümkün olacaq. Həmin vaxt planet üfüqdən kifayət qədər yüksəlmiş olacaq və gecə irəlilədikcə daha da yuxarı qalxacaq. Saturnu tapmaq üçün Böyük Peqas Kvadratı yaxşı istiqamət göstəricisi rolunu oynayır. Planet bu ulduz qrupunun bir qədər aşağı hissəsində yerləşir.
Saturnu tapdıqdan sonra onu növbəti axşamlarda da müşahidə etmək mümkündür. Planet ətrafındakı ulduzlardan fərqli olaraq, arxa plandakı bürclərə nisbətən mövqeyini yavaş-yavaş dəyişir.
Saturnun özünü adi gözlə görmək asan olsa da, onun məşhur halqalarını müşahidə etmək üçün kiçik teleskop lazımdır. Xüsusilə Cənub yarımkürəsindən aparılan müşahidələr zamanı Saturn səmada daha yüksəkdə yerləşdiyindən planet daha əlverişli bucaq altında görünür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 102 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrHindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrVarlılar Britaniyanı tərk edir
Zəngin britaniyalılar və investorlar ölkəni tərk edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini zəiflədir. Bu barədə "Bloomberg" agentliyində məqalə dərc olunub . Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədə
5 oktyabrNyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
6 oktyabr