Dominikan səfiri: "Azərbaycanda Dominikan Günləri keçiriləcək"
"Azərbaycanda Dominikan Günləri keçiriləcək".
Bunu "Report"un Ankara bürosuna açıqlamasında Dominikanın Azərbaycan və Türkiyədəki səfiri, Ankarada iqamət edən Elvis Antonio Alam Loran bildirib.
Azərbaycandan işgüzar səfərdən qayıtdığını vurğulayan səfir deyib ki, hazırda Bakıda Dominikan Günlərinin keçirilməsi ilə əlaqədar layihə üzərində işləyirlər: "Mən hər zaman deyirəm ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz var. Ölkəmiz rəngarəngdir. Azərbaycanda da bunu gördüm. Bakıda qədimliklə müasirliyin vəhdətinə heyran oldum. Azərbaycanlıları mehribanlıqlarına, səmimiliklərinə görə özümüzə oxşadıram. Ona görə də məhsullarımızı Azərbaycana da gətirməyi planlaşdırırıq".
Ölkəsinin qədim mədəniyyətə malik olduğunu söyləyən səfir bildirib ki, Dominikan Günlərində hər təbəqədən olan insanın iştirakını arzulayırlar: "Mədəniyyətimizi çox insanın ziyarət etdiyi bir yerdə təqdim etməyi planlaşdırırıq. Bu, ölkəmizi göstərmək üçün bizə imkanlar təqdim edən bir park və ya bir məkan ola bilər. Fotoşəkillərdən, musiqimizdən və yeməklərimizdən ibarət sərgimiz olacaq. Bu tədbirdə hər kəs iştirak edə bilər".
Amerika qitəsində ilk şəhərin, xəstəxananın, universitetin Dominikanda yaradıldığını xatırladan səfir bu ölkənin zəngin Turizmə malik olduğunu qeyd edib: "2022-ci ildə Dominikana 8 milyon turist səfər edib. Bu sahədə bölgənin əsas istiqaməti bizdədir. Turizm ölkənin ən mühüm və gəlir gətirən sahələrindən biridir. Məqsədlərimizdən biri Azərbaycandan Dominikana səfər edən turistlərin sayını artırmaqdır. Odur ki, Dominikanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması hər iki ölkəyə turist axınına xidmət edə bilər. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi ilə danışıqlar aparırıq".
Dominikanın Azərbaycandakı ilk səfiri olduğunu da qeyd edən Elvis Antonio Alam Loran deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafına çalışır, bunun üçün bütün bacarığını ortaya qoyur: "Bizim marağımız diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda, indiyədək uğurla inkişaf etdirdiyimiz ikitərəfli və çoxtərəfli əlaqələri davam etdirmək əzmindəyik".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 738 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrƏrdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto
Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki
7 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrTramp: Demokratlar qalib gələrsə, ABŞ iflasla üzləşəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə qələbə qazanması halında, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər. xəbər verir ki, Tramp vurğulayıb ki, "Əgər biz respublikaçılar qalib gəlsək, b
7 oktyabrSaturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
6 oktyabrRus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrTürkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb
Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə
7 oktyabr