Vaxtı keçmiş şokoladlardan dondurma hazırlanır? - AÇIQLAMA

Vaxtı keçmiş şokoladlardan dondurma hazırlanır? - AÇIQLAMAYaz-yay mövsümünün başlaması ilə əlaqədar böyükdən kiçiyə hər kəs ağız dadını dəyişmək üçün dondurma almağa tələsir. Bu mövsümü dondurmasız təsəvvür etmək mümkün deyil.

Bəs dondurmanın insan oqaniziminə nə kimi faydası və ziyanı var?
Dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar olduğu üçün orqanizmə xeyri böyükdür.

Bəs ziyanı?
Hazırda marketlərdə qiyməti 30 qəpikdən tutmuş 50 manatadək olan müxtəlif çeşiddə dondurma satılır. Dondurmaların qiyməti ilə yanaşı onların keyfiyyəti də maraqlıdır.

Cəmiyyətdə dondurma ilə bağlı bəzi neqativ fikirlər formalaşıb ki, bunlardan biri neçəsi diqqətimizi çəkdi.
Deyilənə görə yay fəslinin əvvəlində dondurma yemək düzgün deyil. Səbəbi isə, onların keçən ildən qalmasldlr.

Bir neqativ fikir isə şokoladlı dondurmalarla bağlıdı. Düşünülür ki, dondurmalarda istifadə olunan şokolad maqazinlərdə vaxtı keçmiş şokoladlardır.

Biz də BiG.AZ olaraq mövzuya aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

Vaxtı keçmiş şokoladlardan dondurma hazırlanır? - AÇIQLAMAEyyub Hüseynov bildirdi ki, dondurma istehsal edən müəssisələr qış aylarında ayrı rejimə keçirlər. Yalnız bəzi restoranların, kafelərin tələbatına uyğun olaraq açıq dondurmalar istehsal edirlər.Ümumən normal standarta uyğun müəssisələr qış aylarında işçilərini məzuniyyətə buraxırlar.
Yanvar ayında dondurma istehsal edib üzərində aprel ayında yazmaq əlbəttə ki, yol verilməzdir. Dövlət orqanları o cümlədən, Qida Təhlükəsizlik Agentliyi belə halları ifşa edir və onlar cərimələnirlər.
Lakin ölkədə 20- dən çox dondurma istehsalçısı var. İstisna olunmur ki, bəzi dondurma istehsalçıları o cür etsinlər. Bu qanuna ziddir. Baxmayaraq ki, dondurma dondurucuda lazımı qaydada saxlanıldıqda təhlükəsiz olur, amma yenə də istehsal tarixini dəyişib , markalaşdırıb saxlamaq və ya belə formada satışa çıxarılması qanuna ziddir. Əlbəttə o cür dondurmalar arzu olunmaz dondurmalar hesab olunur.

Eyyub Hüseynov eyni zamanda köhnəlmiş şokoladlardan hazırlandığı deyilən dondurmalarla bağlı məsələyə də aydınlıq gətirib:

"İstisna olunmur ki, kakaolu dondurmaların hazırlanmasında neqativ hallar olmasın. Mümkündür ki, piştaxtalarda vaxtı keçmiş şokoladlar bəzi qeyri- ciddi dondurma istehsalçılarına tərəf ötürülsün"

Atalar elə burda deyib: "Yalan olmaz el deyən"

Odur ki, dondurma yeməyə tələsməyin...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1845   Tarix: 24 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr