CİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTO

CİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOBir müddətdir günəş fırtınalarını tədqiq edən mütəxəssislər kritik xəbərdarlıqlar ediblər.

BAKU.WS xəbər verir ki, buna səbəb Yerdən dörd dəfə böyük olan günəş ləkəsinin lentə alınmasıdır.

Astronomların sözlərinə görə, nəhəng Günəş ləkəsinin istiqaməti Yerə baxır. Onu düzgün avadanlıqla adi gözlə belə görmək olar.

Rekord qıran görüntülərin memarı Daniel K.İnouye Günəş Teleskopu bu dəfə Günəş ləkələrini yaxından göstərə bilib.

ABŞ Milli Günəş Rəsədxanası tərəfindən paylaşılan görüntülərdə Günəşdəki qara nöqtələr aydın görünüb.

Günəş ləkələrinə nəyin səbəb olduğu dəqiq bilinməsə də, bu ləkələri yaxından müşahidə etmək çox vacibdir. Çünki onun yaratdığı tac kütləsinin atılması radioaktiv plazma hissəciklərinin kosmosda hərəkət edərək Yerə çatmasına səbəb olur.

Günəş ləkələrinin Günəşin maqnit sahələrinin xüsusilə aktiv ola biləcəyi ərazilər olduğunu bildirən mütəxəssislər, nəhəng nöqtənin Yerə baxdığı zaman güclü X sinifli partlayış ehtimalının 20% olduğunu qeyd ediblər.

Məlumata görə, Günəş bu cür günəş ləkələrini ortaya çıxara bildiyi 11 illik dövrünün ən yüksək aktivliyinə hazırlaşır. Bu da son aylar Nyu Meksikoya qədər müşahidə edilən auroralar, günəş plazması şəlalələri və günəş qasırğalarının meydana gəlməsinə səbəb olub. Mütəxəssislər qarşıdakı aylarda daha çox aktivliyin olacağını bildiriblər.

Astroloqların hesabatlarına görə, partlayış nəticəsində əmələ gələn hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və bu ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu diqqətə çatdırıblar.

Bundan əlavə, sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir.

Günəş küləklərinin Yerin maqnitosferini sarsıdan təsiri də var. Baş verən geotermal fırtınalar orbitdəki peykləri xarab edə bilər.

Kornell Universitetindən olan astronomların və Portuqaliyalı astronomların verdiyi açıqlamalara görə, sonuncusu 1582-ci ildə qeydə alınan nəhəng günəş fırtınalarından yenisi bu əsrdə baş verə bilər.

Həmin dövrə aid yazılı mənbələrdə təbiət hadisəsinin üç gecə yaşanmış kimi səmanı işıqlandırdığı əks olunub. Avropa və Asiyanın onlarla şəhərində müşahidə olunduğu da məlumatlar arasındadır. Hadisə ilə bağlı üzə çıxarılan mətnlərdən birində nəhəng günəş fırtınaları ilə bağlı "Bütün səma alov içində idi, sanki səma alovlanırdı" - deyə bəhs olunub.
CİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOCİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOCİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOCİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOCİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTOCİDDİ XƏBƏRDARLIQ! - Elektronika cihazları işləməyəcək, elektrik kəsiləcək - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2619   Tarix: 25 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr