Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMA
Qarşıdan yay tətili günləri gəlir. Hər il olduğu kimi bu il də Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənara səyahət etməyi planlaşdırırlar.
Bəs gəlin görək yay istirahəti üçün ən münasib ölkələr hansıdır?
Biz də BiG.AZ olaraq mövzu ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev ilə əlaqə saxlayaraq fikirlərini öyrəndik:
"Demək olar ki, bir neçə aydır erkən rezervasiyalar başlayıb. Türkiyə, Monteneqro və digər Avropa ölkələrinə turlar satılır. Amma buna baxmayaraq iqlim şəraitinə görə təkliflər fərqlidir. Yay mövsümündə əlverişli hava şəraiti olduğuna görə, xüsusilə, azərbaycanlı turistlər Türkiyə və Avropa ölkələrinə daha çox üstünlük verirlər.
Daha öncə ən çox satış bazarlarından biri də Ukrayna və Rusiya sanatoriyaları idi. Lakin, iki ildir ki, Rusiya və Ukrayna müharibəsi ilə bağlı hər iki ölkəyə giriş-çıxış məhdudiyyəti qoyulub".
Turizm üzrə ekspert Azərbaycan vətəndaşlarının hər il olduğu kimi bu il də qardaş Türkiyəyə daha çox üstünlük verməsinin səbəblərini belə izah etdi:
"Təbii ki, bu,Türkiyədə təhlükəsizliyin, əmin-amanlığın qorunub-saxlanması, yüksək səviyyədə xidmətin olması, eyni zamanda xidmətə görə qiymətin də münasibliyi ilə bağlıdır. Bu baxımdan demək olar ki, Azərbaycandan ən böyük kütlə Türkiyənin bir neçə şəhərinə birbaşa uçuşlar həyata keçirir. Bu siyahıda Antalya, Alanya, Ankara, İzmir, Dalaman, İstanbul kimi şəhərlər yer tutur. Bu ildən isə Trabzona, Bodruma birbaşa reyslər fəaliyyətə başlayıb.
Rəhman Quliyev həmçinin Avropa ölkələrinə səyahət düşünənlər üçün fikirlərini bölüşüb:
"Avropa ölkələrinə səyahətin viza baxımından bir çox problemləri var. Amma buna baxmayaraq daha öncədən vizası olanlar rahat şəkildə Avropaya səyahət edə bilirlər. Belə ki, Rusiya turistlərinin Avropaya getdikləri vaxt orada böyük turist kütləsi yaranırdı. Bu gün isə Rusiya, Belarusiya, Ukraynadan turist axını olmadığı üçün mehmanxanaların qiymətində az da olsa endirimlər müşahidə olunur.
Ümumiyyətlə, bu gün Avropaya birbaşa reyslərin sayının artırılması da qarşılıqlı turist mübadiləsinin göstəricisidir.
Şübhəsiz ki, dünya ölkələrinə turist axınının olması Azərbaycan iqtsadiyyatının irəliləməsindən xəbər verən amillərdəndir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1639 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr