İsrail qüvvələri 10 fələstinlini yaralayıb
İşğal altındakı İordan çayının qərb sahilində İsrail hərbçiləri 10 fələstinlini yaralayıb, 13 nəfəri isə həbs edib.
Sonxeber.az xəbər verir ki, şahidlərin sözlərinə görə, yüzlərlə İsrail əsgəri Yerixo şəhəri yaxınlığındakı Aqaba Cabr qaçqın düşərgəsinə basqın edib. Əsgərlərin onlarla evə girdiyi düşərgədə şiddətli toqquşmalar baş verib.
Fələstinli mənbələr 10 fələstinlinin canlı güllələrdən yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan boğulma təhlükəsi ilə üzləşdiyini, 13 nəfərin isə İsrail qüvvələri tərəfindən nəzarətə alındığını bildirib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür.
İsrail ordusunun basqınına reaksiya verən fələstinlilərlə əsgərlər arasında vaxtaşırı toqquşmalar baş verir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1006 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus komandir öz əsgərlərini qarlı havada ağaca bağlayıb, işkəncə etdi - VİDEO
Ukrayna cəbhəsində xidmət etdiyi bildirilən rusiyalı bir komandirin əsgərlərə qarşı qeyri-insani rəftarını əks etdirən görüntülər ictimaiyyətə sızıb. xarici mediaya istinadən xəbər verir ki, kadrlarda döyüşməkdən imtina etdikləri və ya mövqelərini tərk etdikləri iddia olunan hərbçilərin şaxtalı havad
17 fevralAlimlər yuxuların məzmununu idarə etməyin yolunu tapıblar
ABŞ-nin İllinoys ştatının Evanston şəhərindəki Şimal-Qərb Universitetinin neyrobioloqlarının yeni araşdırması yuxuların məzmununu istiqamətləndirməyin mümkün olduğunu göstərib. "Ölkə.az" xəbər verir ki, müvafiq araşdırma "Neuroscience of Consciousness" jurnalında dərc olunub. Eksperimenti
16 fevralDonald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib. -ın məlumatına görə, "Truth Social" platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri "əsl dost, döyüşçü və qalib" adlandırıb. D.Trampın sözlərinə görə, Orban "ölkəsinin rifahı üçü
15 fevral"X" platformasından İrana gözlənilməz zərbə
ABŞ-nin "X" nəhəng sosial media platforması İrana tətbiq edilən sanksiyalar çərçivəsində gözlənilməz addım ataraq bir sıra yüksəkrütbəli iranlı məmurların hesablarındakı "mavi təsdiq" (premium) nişanlarını ləğv edib. "Milliyyet"ə istinadən xəbər verir ki, "mavi nişan"da
15 fevralABŞ Dövlət katibi: Çinlə fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir
ABŞ və Çin geniş qlobal maraqlara malik iki böyük dövlətdir, lakin onların milli maraqları çox vaxt üst-üstə düşmür. "Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. "Onların milli maraqları ilə bizimkilər həmişə üst-üstə düşməyəcə
15 fevral