ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub.
"Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərindən kənarda keçirilir. Fransanın hər yerində yüzlərlə orta məktəb bağlanıb. Tələbə cəmiyyətləri oktyabrın 6-da ümumölkə etiraz günü keçirilməsinə çağırır, şagird birliklərinin, təhsil işçilərinin həmkarlar ittifaqlarının və valideyn assosiasiyalarının aksiyada iştirakı gözlənilir", - deyə bəyanatda bildirilir.
Səfirlik ABŞ vətəndaşlarını nümayişlərin keçirildiyi yerlərdən uzaq durmağa və yerli KİV-in məlumatlarını izləməyə çağırıb.
Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda paytaxt regionu İl-de-Fransda başlayıb və hazırda bütün Fransanı əhatə edib. Etirazçılar həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları bu müddət ərzində 5 mindən çox şəxsi saxlayıb ki, onların 90 faizi yetkinlik yaşına çatmayanlardır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 403 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr