"Veysəloğlu" Zəngilanın Ağalı kəndinə suvarma avtomobili ianə etdi
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.
Bu dəfə Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Şərqi Zəngəzur İqtisadi Rayonuna suvarma avtomobili ianə edib. Suvarma avtomobili Zəngilanın Ağalı kəndində
tarlaların suvarılması üçün istifadə ediləcəkdir.
Qeyd olunan nəqliyyat vasitəsinin təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Vahid Hacıyev, VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov, Qrup CEO Burak Dəniz, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qrupun yüksək
rəhbərlik heyəti və media nümayəndələri iştirak edib.
VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi səylərə görə dərin minnətdarlığını bildirib:
""Veysəloğlu" olaraq biz davamlı inkişafın birgə fəaliyyət tələb etdiyinə inanırıq. Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığımız vasitəsilə biz yenidənqurma prosesini sürətləndirmək üçün lazımi
dəstək və resursları təmin etməklə nəzərəçarpacaq fərq yaratmağı hədəfləyirik".
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev şirkətin bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu bildirib. O, nümunəvi addıma görə şirkətin
rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.
"Veysəloğlu Şirkətlər Qrupu ilk dəfə deyil ki, Fonda ianə edir. Daha öncə də işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə vermək məqsədilə ianə edərək
dəstək olublar. Şirkətin bu təşəbbüsü digərləri üçün örnək olmalıdır",- deyə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib.
Suvarma avtomobilinin təqdimat mərasimi Şirkətlər Qrupuna məxsus "AVT Logistics"də keçirilib.
Tədbir iştirakçıları eyni zamanda şirkətin quru və soyuq anbarlarını ziyarət ediblər.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1168 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr