Bakıdan gələn mesaj diqqəti ora çevirdi – Putinin planı pozuldu, amma...
"Mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü ilə bağlı proqram pozulub və qısa çəkən müzakirələrdən sonra heç bir sənəd imzalanmayıb. Amma "Kommersant" qəzeti diplomatik mənbələrə istinadla ən azı iki - üçtərəfli bəyanat və kommunikasiya xətlərinin açılmasına dair sənədlərin imzalanacağını bildirmişdi.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Erməni nəşri cəmi 20 dəqiqə çəkən görüşün Ermənistanın gözləntilərini doğrultmadığını bildirir. Qəzet qeyd edib ki, Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına etiraz etsə də, Azərbaycan prezidenti Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən danışanda o susub. Əliyev Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını da xatırladıb.
Erməni ekspertlərin fikrincə, Rusiya bu görüşlə ancaq üzünü xilas etməyə çalışıb, eyni zamanda, razılaşmaların Qərb platformasında olacağı açıq formada görünüb. "Hraparak" bu kontekstdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dördgünlük Vaşinqton müzakirələrini xatırladıb. Bunun ardınca Brüsseldə liderlər səviyyəsində görüş olub. Həmin görüşdən sonra Avropa Şurasının prezidenti Şarl Mişel tərəflərin qarşılıqlı ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldiklərini açıqlayıb.
Növbəti görüş beştərəfli formatda Kişinyovda keçiriləcək. Şarl Mişellə yanaşı, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz da Əliyev-Paşinyan görüşündə iştirak edəcək.
Erməni nəşri sülh müqaviləsinin Kişinyov görüşündə imzalanacağına inanmasa da, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın son açıqlamasına diqqət çəkib. Abdullayeva dünənki açıqlamasında iyunun 1-də Kişinyovda sülh sazişinin imzalaya biləcəyini deyib.
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)