Ərdoğan səs verib - VİDEO
Türkiyə Prezidenti, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak ediblər.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyə xəbərə görə, o, İstanbul Üsküdarda yerləşən Saffet Cebi adına orta məktəbə gələrək səs verib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu bu gün keçirilir. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
"Ata İttifaqı" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 900 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər
Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla
9 avqustRusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind
10 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqustABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb
Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi
11 avqustHörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı
Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb
10 avqust