Türkiyə MSK sədri: "Səsvermə prosesi problemsiz davam edir"
"İkinci turda sadəcə prezident seçkilərinin keçirildiyini nəzərə alaraq, səsvermənin nəticələrinin daha qısa zamanda açıqlanacağı gözlənilir".
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səsvermə prosesi problemsiz davam edir.
Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.
İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
"Ata İttifaqı" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 723 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Barak Obama ABŞ prezidenti seçkisində iştirak etmək üçün ərizə verib
Kaliforniya qubernatorluğuna keçmiş namizəd Barak Obama Şou 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün namizədlik ərizəsi təqdim edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Demokrat Barak Obama Şou may ayında Kaliforniya qubernatorluğ
14 iyunƏyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələ
14 iyunKris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumund
14 iyunİran Hörmüz boğazı ilə bağlı geri addım atdı
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. "İran strateji boğazı açacaq v
14 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyunPullarını saymaq üçün 31 min 700 il lazımdır
"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhən
13 iyun