Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTO

Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTOSaatlı rayonunda əri, qaynı və qayınanası hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüb.

BAKU.WS xəbər verir ki, bununla bağlı oxu.az-a Saatlı sakini, döyülən T.Məmmədovanın qardaşı məlumat verib. O, qeyd edib ki, bacısı Yardımlı rayonundan Saatlıya gəlin köçüb:

"Bacımın hazırda bir azyaşlı qızı var, ikinci uşağa hamilədir. Bətnindəki körpəsi bir aylıqdır. Ailəsi ilə bundan öncə də dəfələrlə problem yaşayıb. Məişət məsələlərinin üstündə zorakılıq görüb. Oğlanın ailəsi təhsilsizdir, üç ildir ailəlidirlər, indiyə qədər telefon işlətməsinə icazə vermirlər.

Dəfələrlə bildirmişəm, bizimlə əlaqə qurması üçün telefon lazım olduğunu qeyd etmişəm. Amma onlar qətiyyətlə deyiblər ki, qadın telefon işlədə bilməz. Bacımı da bizimlə əlaqə saxlamaq, anamla danışmaq istəməyinin üstündə döyüblər.

Bacımın əri müharibə iştirakçısıdır. Amma heç bir problemi olmayıb. Kontuziyası yoxdur, yəni səbəb bu məsələlər deyil. Bundan öncə bacımı döydükləri zaman mənə məlumat verən kimi yanına getdim.

Çatana qədər evinə polis göndərmişdim. Amma mən oraya gedənə qədər bacımı qorxutmuşdular, təhdid etmişdilər, nə demişdilərsə, o, polisə şikayət etməmişdi. Əri bizdən də üzr istədi, azyaşlı qızına görə bağışlamağımızı xahiş etdi. O zaman dözdük, bacım ayrılmadı.

Bu dəfə isə yenə döyüblər. Yenə evlərinə daxil olmadan əvvəl polisə məlumat verdim, gözlədim. Amma polis gəlmədi. Məcbur olub, bacımı götürüb Bakıya, xəstəxanaya gətirdim. Qızı körpə olduğundan o da anası ilə birlikdədir.

Bacımı təkcə əri deyil, qaynı, qayınanası da döyürdülər. Onlar üçün bu adi haldır, düşünürlər ki, qadın döyülməlidir. Bacımın müayinələri yekunlaşsın, boşanma tələbi ilə müraciət edəcək. Hələlik həkim nəzarətindədir, körpəsinin həyatda qalıb-qalmadığını müəyyənləşdirməyə çalışırlar".

***13:22

Saatlı rayonunda hamilə qadın döyülüb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: "Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər".
Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTODİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: "Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3001   Tarix: 30 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr