Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO
Bakıda Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsindəki "Şəbəkə" istirahət mərkəzində qeyri-adi oğurluq hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə zərərçəkmiş Emin Qasımov bildirib.
Onun sözlərinə görə, ötən gün dəniz kənarında yerləşən "Şəbəkə"də 25 nəfərdən ibarət qrup istirahət etdikdən sonra axşam saatlarında oradan ayrılmaq istəyiblər. Tanışları istirahət mərkəzindən getsə də özü, dostu və digərlərini "Şəbəkə"nin ofisiantı fikrindən yayındırıb:
"Ofisiant bizdən 10 AZN şirinlik alaraq "Şəbəkə"nin ərazisində qala biləcəyimizi dedi. Birlikdə 7 nəfər istirahət mərkəzində qaldıq. Daha sonra özünü administrator kimi təqdim edən iki nəfər də bizə yaxınlaşaraq istirahət mərkəzində qalmağımızda problem görmədiklərini bildirdilər. Hətta bizə dedilər ki, səhər obyekt ərazisində qalacağıqsa, onda rahat dincələ bilərik".
Qeyd edək ki, bütün bunlardan əlavə Emin və dostuna şərt kimi avtomobillərini digər istirahət mərkəzinin ərazisində parkinq etməli olduqları deyilib. Emin və dostu Hafiz Baxşıyev bunu normal qarşılayaraq avtomobilini yaxınlıqda parkinq ediblər.
Səhər saatlarında Emin, dostu və digərləri avtomobilin açarını axtararkən onu tapa bilməyiblər. Bu zaman Emin dostundan xahiş edib ki, avtomobilin yerində olub-olmadığını dəqiqləşdirsin. Dostunun cavabı Eminin heç də ürəyincə olmayıb. Belə ki, "Şəbəkə"nin ofisinatı avtomobili oğurlamış olub.
Gecə saatlarında Emin Qasımova məxsus 20 min ABŞ dolları dəyərində "BMW 328" markalı avtomobil oğurlanıb, dostunun digər "BMW 539" markalı avtomobilindən isə pul qabı götürülüb. Hadisədən dərhal sonra Emin Qasımov Daxili İşlər Nazirliyinə müraciət edib. Keçirilən axtarış tədbirləri zamanı 4 saat sonra avtomobil tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs avtomobillə şəhərdə xeyli hərəkət etdikdən, alış-veriş etdikdən və avtomobilin təkərlərini qaraltdıqdan sonra "Şamaxinka" ərazisindəki kafelərin birinə gəlib. Kafedə yeyib-içdikdən sonra oradan qaçan şəxs polis kafeyə gəlməmişdən 3-4 dəqiqə əvvəl oradan uzaqlaşıb. Emin Qasımova ümumilikdə 2 min AZN, dostuna isə 500 AZN ziyan dəyib.
Maraqlıdır ki, avtomobilin qaçırılması, müştərilərə qarşı qurulan bu oyun "Şəbəkə"nin işçisi tərəfindən həyata keçirilib. İstirahət mərkəzi kimi fəaliyyət göstərən bir müəssisədə iki dəfə məhkumluq həyatı yaşayan bir şəxsin fəaliyyət göstərməsi isə anlaşılan deyil.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3194 Tarix: 30 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr