Hesablama Palatası büdcədən ötənilki xərcləmələrə dair nöqsanları açıqlayıb
2022-ci ildə də dövlət büdcəsinin kassa icrasının əhatəsinə daxil olan vəsaitlərin bir hissəsi bu anlayışın mahiyyəti ilə bəzi hallarda tam eynilik təşkil etməyib.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
"Belə ki, kassa icrası ünvanlı istifadəni ehtiva edir ki, bəzi hallarda dövlət xəzinədarlığı vasitəsilə icra edilib, lakin istifadə olunmamış və bank hesablarında qalmış-ünvana çatmamış vəsaitin icra hesabatlarında əks etdirilməsi ilə bağlı müəyyən suallar yaranır. Ümumiyyətlə apardığımız araşdırmalar kassa icrası və dövlət büdcəsinin icrası anlayışlarının bəzi hallarda fərqli şərh edilə bildiyini göstərir", - deyə o qeyd edib.
"2022-ci ildə ölkə üzrə ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6,8 milyard. manat məbləğində satınalma müqavilələri "Dövlət satınalmaları haqqında" qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 767,5 milyon manat çoxdur. 2022-ci ildə satınalmalar arasında say baxımından bir mənbədən satınalma metodu, məbləğ baxımından açıq tender üstünlük təşkil edib. Nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən icra edilməsi, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması satınalmaların dövlət büdcəsi xərclərində xüsusi çəkisinə təsir edib. Hesablamalar göstərir ki, 4-cü rübdə keçirilən satınalmalar ilin birinci yarısı qədərdir. Qeyd olunan hallar dövlət satınalmalarının planlaşdırılmasında və metodlarında təkmilləşdirilmənin aparılmasının zərurətini bir daha göstərir.
Debitor borclar, onların yaranma səbəbləri, uçotu və riskləri komitə iclasında ətraflı müzakirə edildi. Lakin biz kreditor borclar barədə də ilk dəfə olaraq danışmaq istərdik. Fiskal diaqnostika alətlərinin tələblərində xərclər üzrə kreditor borcların uçotunun aparılmasının, həmin borcların məbləğinin müəyyən həddən aşağı olmasının və onların monitorinqinin vacibliyi vurğulanır. Nəzarət tədbirləri göstərir ki, bir sıra qurumlar üzrə kreditor borcların olmasına baxmayaraq, onlar tərəfindən həmin borclar büdcə və maliyyə hesabatlarında tam əks etdirilməyib.
Cari ildə Hesablama Palatası mövcud vəziyyəti düzgün qiymətləndirmək üçün illik konsolidasiya edilmiş maliyyə hesabatları üzərindən kreditor borcların araşdırılmasını planlaşdırır", - deyə sədr bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1073 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr