Arvadını yuxudan oyadıb öldürdü - FOTO
Bakıda kişi arvadını taxta parçası ilə döyərək qətlə yetirib.
Ölkə.Az xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.
Namiq Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
O, ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub və həmin nikahdan iki uşaqları dünyaya gəlib. Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun xəyanət etdiyini düşünüb.
Namiq Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb:
"Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiyada olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar bir az böyüsün".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib:
"Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orada dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, "bala, yola ver". Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O dayanmadı, söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum".
Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib və xüsusi ilə ağır cinayətdir.
Sonda məhkəmənin hökmü ilə Namiq Əkbərzadə 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4018 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr