Sudanda uşaq evində 11 uşaq baxımsızlıqdan ölüb

Sudanda uşaq evində 11 uşaq baxımsızlıqdan ölübSudanda uşaq evində 11 uşaq baxımsızlıqdan ölüb.

Sonxeber.az xəbər verir ki, Sudandakı səhiyyə mənbələrindən alınan məlumata görə paytaxt Xartumdakı uşaq evində 11 uşaq həyatını itirib.

Aprelin ortalarından bəri ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (HDK) döyüşdüyü paytaxt Xartumda elektrik enerjisinin kəsildiyi uşaq evində 11 uşaq həyatını itirib.

Milli mətbuat bəzi baxıcıların qarşıdurmalara görə qaçdığını, buna görə də səhiyyə xidmətinin göstərilə bilmədiyi, ölümlərin qidalanma və tez-tez elektrik kəsilməsi səbəbindən baş verdiyini yazıb.

Həyatını itirən uşaqlar məhəllə sakinlərinin dəstəyi ilə bölgədəki qəbiristanlıqda torpağa tapşırılıb.

Beynəlxalq mətbuata açıqlama verən tibb işçisi yalnız mayın 26-da uşaq evində 13-ə yaxın körpənin öldüyünü açıqlayıb.

Ordu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə hesab etdiyi HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.

Bir milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü bildirən Birləşmiş Millətlər Təşkilatı 300 min insanın münaqişələr səbəbilə qonşu ölkələrə qaçdığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən münaqişə nəticəsində 850 nəfərin həyatını itirdiyini, 5500 nəfərin isə yaralandığını bildirib.

Mayın 29-da tərəflərin atəşkəs rejiminin daha 5 gün uzadılması ilə bağlı qərarına baxmayaraq, Sudanda qarşıdurmalar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1305   Tarix: 31 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

İrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər

Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

6 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr